Məşhur aktyor sevgilisinə 500 min dollar verib

Məşhur aktyor sevgilisinə 500 min dollar verib
16 dekabr 2024
# 09:28

Rus mediası Hollivud ulduzu Conni Depplə rusiyalı sevgilisi Yuliya Vlasovanın münasibətindən yazıb.

Kulis.az xəbər verir ki, bir müddət əvvəl ayrıldıqları deyilən cütlüyün hələ də birlikdə olduğu vurğulanıb.

Bundan əvvəl Hollivud aktyorunun rusiyalı sevgilisi Moskvaya gələrək həyatında yeni mərhələdə olduğunu etiraf etmiş, daha sonra hətta ayrılığa eyham vurmuşdu. Ancaq cütlük artıq Rusiya paytaxtında ortaq bir iş planlaşdırır.

"Mash" teleqram kanalının məlumatına görə, Depp sevgilisinə zərgərlik mağazası açmaq üçün təxminən 500 min dollar verib. Yakut almazlarından hazırlanmış elit zinət əşyaları ilə butiki Yuliya özü idarə edəcək.

Əvvəlcə o, Praqa Universitetində təhsil aldıqdan sonra Çexiyanın paytaxtında açdığı gözəllik biznesini satıb, sonra isə qiymətli daşların qiymətləndirilməsi və ekspertizası üzrə xüsusi kursa Moskva Dövlət Universitetinə daxil olub.

# 2657 dəfə oxunub

Oxşar xəbərlər

Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
Azərbaycanın “Avroviziya 2027”də  iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

16:22 1 oktyabr 2026
Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına  maliyyə dəstəyi

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi

16:14 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər