“Mərmər soyuğu” filmi Hindistanda beynəlxalq film festivalında

“Mərmər soyuğu” filmi  Hindistanda beynəlxalq film festivalında
14 noyabr 2022
# 16:30

Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Azərbaycanfilm" kinostudiyası, İctimai TV, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətinin birgə istehsalı olan “Mərmər soyuğu” tammetrajlı bədii filminin qatılacağı növbəti festivalın adı məlum olub.

Kulis.az xəbər verir, ekran işinin Asiya premyerası noyabrın 20-28-də Hindistanda beynəlxalq film festivalında reallaşacaq. Festival çərçivəsində müsabiqə iştirakçıları “Qızıl tovuzquşu” mükafatı uğrunda mübarizə aparacaqlar.

“Mərmər soyuğu”nun Avropa premyerasını isə “PÖFF | Tallinn Black Nights” (“Qara Gecələr”) Film Festivalında davam edir. Bu ekran əsəri festivalın əsas müsabiqə proqramında iştirak edən 23 filmdən biridir və bu, filmin dünya premyerasıdır. Noyabrın 27-dək davam edəcək festival Estoniyanın paytaxtı Tallin şəhərində keçirilir.

Ekran işi bir rəssamın sevgi hekayəsinə fokuslanır. Uzun illər həbs həyatını yaşamış atanın evə qayıdışı və ən radikal yollarla oğlunun həyatını yoluna qoymağa çalışması filmin əsas süjet xəttini təşkil edir.

Filmin baş prodüseri Arzu Əliyeva, ssenari müəllifləri Asif Rüstəmov və holland həmkarı Roelof Jan Minneboo, rejissoru Asif Rüstəmov, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasov, quruluşçu rəssamı isə Rafiq Nəsirovdur. Prodüserlər Fariz Əhmədov, Balakişi Qasımov, Orman Əliyev və Guillaume de Seille, kreativ prodüser isə İradə Bağırzadədir. Baş rollarda Xalq artisti Qurban İsmayılov, aktyorlar Elşən Əsgərov, Natavan Abbaslı çəkiliblər.

# 2183 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər