Meqan Markl Avstraliyada təhqir olundu

Meqan Markl Avstraliyada təhqir olundu
24 iyul 2026
# 12:30

Sasseks hersoginyası, aktrisa Meqan Markl "MasterChef Australia" kulinariya şousunun çəkilişlərində təsadüfən təhqir olunub.

Kulis.az xəbər verir ki, bu barədə "Page Six" nəşri məlumat yayıb.

İddialara görə, Meqanın komandasının çəkiliş qrupundan yalnız bir xahişi olub — Britaniya kral ailəsinin xatırlanmaması.

Lakin şounun daimi münsifi Po Lin You Marklı təqdim edərkən bunu unudub. O deyib:

"Mətbəximizdə artıq kral şef-aşpazları olub, ancaq beləsi hələ olmamışdı. Günəşli Kaliforniyadan, zəhmət olmasa, "MasterChef Australia"da Sasseks hersoginyası Meqan Marklı salamlayın!".

İnsayderlərin sözlərinə görə, Meqan təqdimatdan yalnız çəkilişlərdən sonra xəbər tutduğu üçün çox məyus olub. "Bu hissə çəkilərkən o, qapının arxasında idi, ona görə də nədən bəhs edildiyini bilmirdi", - deyə mənbə əlavə edib.

Vəziyyət münsifi də məyus edib, çünki prodüserlər məhdudiyyətlər barədə onu məlumatlandırmayıblar. Bununla belə, Sassekslərə yaxın başqa bir mənbə bildirib ki, münsifin sözləri Meqan Marklın xətrinə dəyməyib.

Qeyd edək ki, Meqan Markl və şahzadə Harri 2018-ci ildə evləniblər, 2020-ci ildə kral vəzifələrindən imtina edərək iki övladı ilə birlikdə Böyük Britaniyadan ABŞ-yə köçüblər.

# 430 dəfə oxunub

Oxşar xəbərlər

Selin Dion səhnələrə qayıdır

Selin Dion səhnələrə qayıdır

18:40 10 sentyabr 2026
Qədim gil qabında 4 min illik "Sevgi çiçəyi" qalıqları aşkarlandı

Qədim gil qabında 4 min illik "Sevgi çiçəyi" qalıqları aşkarlandı

18:00 10 sentyabr 2026
Kianu Rivz yeni layihə ilə ekranlara qayıdacaq

Kianu Rivz yeni layihə ilə ekranlara qayıdacaq

17:30 10 sentyabr 2026
Əfsanəvi müğənni Billi Coel səhnə ilə vidalaşdı - Səbəb

Əfsanəvi müğənni Billi Coel səhnə ilə vidalaşdı - Səbəb

16:30 10 sentyabr 2026
Mehmet Ali Erbil infarkt keçirtdi

Mehmet Ali Erbil infarkt keçirtdi

16:00 10 sentyabr 2026
Qarabağ və Şərqi Zəngəzurda 130 abidənin inventarlaşdırılması başa çatmadı

Qarabağ və Şərqi Zəngəzurda 130 abidənin inventarlaşdırılması başa çatmadı

15:41 10 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər