“Melodiyaların palitrası” adlı konsert oldu

“Melodiyaların palitrası”  adlı konsert oldu
9 iyun 2026
# 11:15

İyunun 8-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil-muzeyində 14 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano şöbəsinin müəllimi Vüsalə Məmmədlinin sinif şagirdlərinin iştirakı ilə “Melodiyaların palitrası” adlı konsert keçirilib.

Kulis.az xəbər verir ki, tədbiri giriş sözü ilə muzeyin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov açaraq qonaqları salamlayıb və gənc musiqiçilərə uğurlar arzulayıb.

Tədbirin bədii hissəsində məktəbin şagirdləri Azərbaycan və Qərbi Avropa bəstəkarlarının əsərlərindən ibarət musiqi nömrələri ilə çıxış ediblər. İfa olunan əsərlər tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Tədbirin sonunda məktəbin direktoru Arzu Mehdiyeva və müəllim Vüsalə Məmmədli çıxış edərək muzeyin rəhbərliyinə təşəkkürlərini bildiriblər. Daha sonra şagirdlərə təşəkkürnamələr təqdim olunub.

Tədbir çərçivəsində qonaqlar üçün Niyazinin həyat və yaradıcılığı haqqında ekskursiya aparılıb.

# 611 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

Məşhur bəstəkardan yeni əsər - 90 illik yubileyində

17:00 3 oktyabr 2026
"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

"Şrek" beşinci filmlə ekranlara qayıdacaq

16:00 3 oktyabr 2026
Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

Tanınmış aktyor Kanndakı nüfuzlu məzmun yarmarkasında

15:00 3 oktyabr 2026
Bakıda “Avropa Təamları” Kulinariya Festivalının  4-cü buraxılışı keçirilir

Bakıda “Avropa Təamları” Kulinariya Festivalının 4-cü buraxılışı keçirilir

13:12 3 oktyabr 2026
Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

Tarantino və Bred Pittdən yeni layihə - İllər sonra

13:00 3 oktyabr 2026
İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

İtaliyada yeni bayram - Müqəddəs Fransiskin xatirəsinə

12:00 3 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər