Mədəniyyət xadimləri şəhidlərimizin xatirəsini yad etdilər

Mədəniyyət xadimləri şəhidlərimizin xatirəsini yad etdilər
27 sentyabr 2024
# 16:56

Azərbaycan Mədəniyyəti Günlərində iştirak etmək üçün Astanada səfərdə olan nümayəndə heyəti ölkəmizin Qazaxıstandakı səfirliyində 44 günlük Vətən müharibəsinin başlanmasının 4-cü ildönümü, 27 Sentyabr – Anım Günü münasibətilə şəhidlərimizin xatirəsini yad ediblər.

Kulis.az xəbər verir ki, anım mərasimində Azərbaycan nümayəndə heyəti və səfirliyin əməkdaşları yer alıblar.

Tədbir iştirakçıları səfirliyin binasında Ulu öndər Heydər Əliyevin abidəsinin önünə tər çiçəklər düzərək əziz xatirəsini ehtiramla anıblar. Sonra şəhidlərimizlə bağlı yaradılmış xatirə guşəsinin qarşısına çiçəklər düzülüb.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli çıxış edərək Anım Gününün tarixi əhəmiyyətindən söz açıb. Bildirib ki, bu tarix Azərbaycan dövlətinin gücünün və xalqımızın birliyinin təzahürüdür. 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu qısa müddət ərzində 30 il Ermənistanın işğalı altında olan ərazilərimizi azad edərək şanlı Qələbə qazanıb. “Xalqımıza əbədi Zəfər ruhu bəxş edən şəhidlərimizi rəhmətlə anırıq. Qəhrəman Vətən övladlarının fədakarlığı sayəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Bu gün xaricdə yaşayan bütün soydaşlarımız şəhidlərin xatirəsini böyük ehtiramla anırlar. 27 Sentyabr tarixi Azərbaycan xalqının yaddaşında əbədi olaraq qalacaq”, – deyə nazir qeyd edib.
Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov və digər çıxış edənlər Vətən yolunda canını fəda edən şəhidlərimizin qanının yerdə qalmadığını, ölkəmizin sərhədlərinin bütövləşdiyini və Qarabağdakı erməni separatizminin kökünün birdəfəlik kəsildiyini bildiriblər.

# 1932 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər