Mədəniyyət Nazirliyi müsabiqə elan etdi

Mədəniyyət Nazirliyi müsabiqə elan etdi
19 iyul 2023
# 17:50

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi “İrsimizi tanıyaq, tanıdaq” adlı sosial videoçarx müsabiqəsi elan edib.

Kulis.az xəbər verir ki, bu barədə APA-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, müsabiqə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Ulu öndərin mədəniyyətə və mədəni irsə qayğısını rəhbər tutaraq, Azərbaycanın qədim tarixi və zəngin mədəniyyətinin təbliği, vətənpərvərlik hissinin aşılanması, mədəniyyətə, incəsənətə, milli-mənəvi dəyərlərə, adət-ənənələrimizə hörmətin qorunub saxlanılması və inkişaf etdirilməsi, yeni yaradıcı qüvvələri prosesə cəlb etmək məqsədilə təşkil olunur.

Müsabiqə videoçarxların qəbulu və təqdim edilmiş materialların seçimi olmaqla iki mərhələdən ibarətdir.

Müsabiqə qaliblərinin adları 2023-cü il sentyabr ayının 20-də elan olunacaq.

Milləti mədəniyyət, mədəniyyəti millət yaşadar! Sən də bu missiyanın bir hissəsi olmaq istəyirsənsə, müsabiqəyə qoşul, fərqli və yaradıcı yanaşmanı təqdim et, qalib ol.

Müsabiqəyə qatılmaq istəyən şəxslər hazırladıqları videoçarxı 20 iyul – 4 sentyabr 2023-cü il tarixlərində onlayn şəkildə təqdim edə bilərlər.

Müsabiqə haqqında ətraflı məlumatı link vasitəsilə əldə etmək mümkündür.

# 2106 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər