Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşdü

Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun  prezidenti ilə görüşdü
2 fevral 2024
# 14:46

Mədəniyyət naziri Adil Kərimli fevralın 2-də Türk Mədəniyyəti və İrsi Fondunun (TMİF) prezidenti Aktotı Raimkulova ilə görüşüb.

Kulis.az xəbər verir ki, nazir onun Fondun yeni rəhbəri təyin olunması münasibətilə təbrik edib, işlərində uğurlar arzulayıb.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezident İlham Əliyev tərəfindən qardaş türk respublikaları ilə əlaqələrin bütün sahələrdə inkişafına, mədəni əlaqələrin möhkəmləndirilməsinə xüsusi əhəmiyyət verilir və dövlət başçısının təşəbbüsü ilə və bütün türk dövlətlərinin dəstəyi ilə təsis edilən Türk Mədəniyyəti və İrsi Fondu bu sahədə aparıcı platformalardan biri kimi çıxış edir.

Türk Mədəniyyəti və İrsi Fondu yarandığı dövrdən qardaş xalqların tarixi-mədəni mirasının qorunması, bərpası və təbliği sahəsində diqqətəlayiq fəaliyyət göstərib. Azərbaycanın Mədəniyyət Nazirliyi, Türk dünyasının maddi və qeyri-maddi mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması və təbliği ilə bağlı proqram və layihələrdə mütəmadi olaraq iştirak edib, onların həyata keçməsinə dəstək verib.

Qəbula və təbrikə görə nazirə təşəkkürünü bildirən Aktotı Raimkulova yeni dövrün çağırışları kontekstində TMİF-in fəaliyyət istiqamətləri barədə məlumat verib. Qeyd edilib ki, Fondun üzərində düşən vəzifələrin uğurla icrasında üzv-dövlətlərin dəstəyi əsas amildir və bu xüsusda, Fondun Baş Qərargahına evsahibliyi edən Azərbaycanın rolu xüsusi əhəmiyyət daşıyır.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən Fondun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təklifləri və 2024-cü il üzrə Fəaliyyət Planı, xüsusilə də ortaq türk mədəni irsinin təbliği ilə bağlı nəzərdə tutduğu təşəbbüslər müzakirə edilib.

Qeyd edək ki, Aktotı Raimkulova Türk Dövlətləri Təşkilatının (TDT) 3 noyabr 2023-cü il tarixində Qazaxıstanın Astana şəhərində keçirilən 10-cu Zirvə toplantısında TMİF-in prezidenti təyin olunub. Qazaxıstanın Əməkdar incəsənət xadimi, musiqiçi, sənətşünaslıq elmləri doktoru olan Aktotı Raimkulova 1964-cü ildə Almatı şəhərində Qazaxıstanın tanınmış yazıçısı Rahmetolla Raimkulovun ailəsində doğulub. 1987-ci ildə Kurmanqazı adına Almatı Dövlət Konservatoriyasını bəstəkar, pianoçu və musiqi nəzəriyyəsi müəllimi ixtisası üzrə bitirib. 2007-ci ildə sənətşünaslıq üzrə namizədlik (fəlsəfə doktorluğu), 2010-cu ildə doktorluq dissertasiyaları müdafiə edib. 2016–2019-cu illərdə Qazaxıstan mədəniyyət və idman nazirinin müavini, 2019–2022-ci illərdə nazir vəzifələrində çalışıb. TMİF-in rəhbəri təyin olunanadək “Qazaxkonsert”in direktoru olub.

# 1745 dəfə oxunub

Oxşar xəbərlər

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görüldü

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görüldü

18:30 30 sentyabr 2026
Türkiyədəki yunan kilsəsi muzey kimi fəaliyyət göstərəcək

Türkiyədəki yunan kilsəsi muzey kimi fəaliyyət göstərəcək

18:00 30 sentyabr 2026
“Taxt oyunları” serialının filmi çəkiləcək

“Taxt oyunları” serialının filmi çəkiləcək

17:30 30 sentyabr 2026
Afra Saraçoğlu və Aras Bulut İynemlinin  narkotik testinin nəticəsi açıqlandı

Afra Saraçoğlu və Aras Bulut İynemlinin narkotik testinin nəticəsi açıqlandı

17:00 30 sentyabr 2026
Tanınmış sosial media fenomeni saxlanıldı

Tanınmış sosial media fenomeni saxlanıldı

16:30 30 sentyabr 2026
Tbilisidə Heydər Əliyevin büstü zədələndi - Ermənistan vətəndaşı saxlanıldı

Tbilisidə Heydər Əliyevin büstü zədələndi - Ermənistan vətəndaşı saxlanıldı

16:27 30 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər