Mədəniyyət naziri Çində keçirilən beynəlxalq forumda çıxış edib

Mədəniyyət naziri Çində keçirilən beynəlxalq forumda çıxış edib
6 sentyabr 2023
# 16:30

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir.

Kulis.az APA-ya istinadən xəbər verir ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti sentyabrın 6-da Çinin Qansu əyalətinin Dunhuan şəhərində təşkil olunan 6-cı Beynəlxalq İpək Yolu Mədəniyyət Sərgisinin açılış mərasiminə qatılıb.

Tədbir çərçivəsində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli 6-cı Beynəlxalq İpək Yolu Mədəniyyət Sərgisi çərçivəsində təşkil edilən Ipək yolu mədəni irsi və yeni sivilizasiya formasının qurulmasına dair Forumda çıxış edib.

Bu mötəbər tədbirə dəvətə və yüksək qonaqpərvərliyə görə təşkilat komitəsinə təşəkkürünü bildirən nazir Çinə səfərinin çox məhsuldar və yaddaqalan olduğunu diqqətə çatdırıb.

Qeyd edilib ki, İpək Yolu boyu xalqların milli mədəni dəyərlərinin qorunub saxlanılması, ənənələrə və birgə məqsədlərə sadiqlik xüsusilə qloballaşma dövründə dünya sivilizasiyasının sabitliyi və tərəqqisinə böyük töhfə verir.
Vurğulanıb ki, tarixən İpək Yolu boyunca əlaqənin təmin edilməsinə mühüm töhfələr verən Azərbaycan keçmişdəki missiyasını bu gün də davam etdirir: “Azərbaycan Böyük İpək Yolu ilə bağlı çoxsaylı beynəlxalq konfranslara ev sahibliyi edib və iri regional infrastruktur layihələrinin təşəbbüskarı olub. Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Çindən Qərbə daşımalar üçün əlverişli marşrut təklif edir. Eyni zamanda Azərbaycanda İpək Yolu mədəni irsinin qorunub saxlanılmasına böyük əhəmiyyət verilir. Milli səviyyədə tarixi abidələrin qorunmasını təmin etmək üçün müvafiq qanunvericilik və institusional addımlar atılıb. Azərbaycan həm də UNESCO-nun İpək Yolu Proqramının fəal üzvüdür”.

Azərbaycanın mədəniyyətlər arasında dialoqa da xüsusi önəm verdiyini diqqətə çatdıran nazir Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən “Bakı Prosesi” haqqında məlumat verib. Hazırda BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İCESCO-nun tərəfdaş olduğu Bakı Prosesi qlobal mədəniyyıtləarası dialoq platformasına çevrilib.

Nazir çıxışının sonunda Forumun işinə uğurlar arzulayıb.

# 1656 dəfə oxunub

Oxşar xəbərlər

Həbsxana, yoxsa kurort?- Diddiyə xidmət edən məhkumlar, qaçaqmalçılıq və lüks həyat

Həbsxana, yoxsa kurort?- Diddiyə xidmət edən məhkumlar, qaçaqmalçılıq və lüks həyat

13:30 30 sentyabr 2026
Rəssam Əkrəm Tağıyev vəfat etdi

Rəssam Əkrəm Tağıyev vəfat etdi

12:45 30 sentyabr 2026
Yunanıstan Çar Samuelin sümüklərini Bolqarıstana qaytaracaq

Yunanıstan Çar Samuelin sümüklərini Bolqarıstana qaytaracaq

12:40 30 sentyabr 2026
İngilis rəssamın məşhur əsəri hərraca çıxarılacaq

İngilis rəssamın məşhur əsəri hərraca çıxarılacaq

12:20 30 sentyabr 2026
Eyfel qülləsi ilə hindu hərəkatının qalmaqalı – Səbəb

Eyfel qülləsi ilə hindu hərəkatının qalmaqalı – Səbəb

11:00 30 sentyabr 2026
Tom Kruzdan yeni layihə - “Oskar”a namizəd ola bilər

Tom Kruzdan yeni layihə - “Oskar”a namizəd ola bilər

10:45 30 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər