“Mədəniyyət” jurnalının yeni nömrəsi çap olundu

“Mədəniyyət” jurnalının yeni nömrəsi çap olundu
13 aprel 2022
# 10:40

“Mədəniyyət/Culture” jurnalının 2022-ci il üçün ilk nömrəsi çap olunub.

Kulis.az xəbər verir ki, dərgi həmişəki kimi, maraqlı yazılarla zəngindir.

Jurnalın ilk səhifələri Mədəniyyət Nazirliyinin tədbirləri haqda materiallarla maraqlıdır. Daha sonra “Türk dünyası” rubrikasında “Özbəkistan deyəndə...” sərlövhəli səfər qeydlərində müəllif qədim, əsrarəngiz Səmərqənd şəhəri ilə bağlı təəssüratlarını bölüşür.

“Ədəbiyyat” rubrikasında 200 yaşlı Aşıq Ələsgərin və 115 yaşlı Məhəmmədhüseyn Şəhriyarın ölməz irsinə yer ayrılıb. AMEA-nın müxbir üzvü Nüşabə Araslı ilə müsahibədə isə ötən “Nizami Gəncəvi İli”nin Nizamişünaslığa töhfələrindən söhbət açılır. Ustad aşıqların yaradıcılığı əsasında hazırlanmış “Kəsişən əbcədlər üsulu”, Şəhid-şair Ülvi Bünyadzadənin qısa, ibrətamiz həyatından bəhs edən “And olsun Vətənə və onun azadlığına”, dünya ədəbiyyatından “Uşaqlığımızın, yuxularımızın kralı - Hans Kristian Andersen” də diqqətçəkən məqalələrdəndir.

“Musiqi”də gənc sənətçinin ixtira etdiyi Ra.Tar musiqi aləti, “Kino”da qısametrajlı “Zəng” filmi, “Teatr”da məşhur tənqidçi Jan Lui Barronun səhnə haqqında düşüncələri təqdim olunur.

Türkiyə Cümhuriyyəti Çukurova Universiteti Dövlət Konservatoriyasının rəhbəri, professor Ülviyyə Aslanova-Gülər haqqında “Uzaqdakı yaxınlar”dan məlumat alır oxucu.

Tanınmış jurnalist İbrahim Nəbioğlu isə “Düşüncələr”ində “Leonardo da Vinçi İslamı qəbul etsəydi...” ehtimalı zəminində baş verəcəkləri təxmin edir.

Quba Soyqırımı Memorial Kompleksi barədə sosial-tarixi muzeyin əməkdaşı Leyla Beybutovanın yaxın tarixə səyahəti erməni-daşnak qüvvələrinin xalqımıza qarşı törətdiyi dəhşətli genosid aktlarını gün üzünə çıxarır.

“Şuşa İli” arzularında işğaldan azad olunmuş qədim şəhərimizdə başlanan tikinti-quruculuq işləri və planlaşdırılan beynəlxalq səviyyəli tədbirlərdən söhbət gedir.

“Mədəni irsimiz” bölümünün sizlərdən ötrü daha bir maraqlı yazısı “Sufizm və Pir-Mərdəkan xanəgahı” ola bilər.

Həmişəki kimi, elmi dərəcə iddiaçıları, magistr və dissertantların araşdırma yazıları “Elm” rubrikasında verilib.

# 2593 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur komediyaçı həbs edildi - Zorakılığa görə

Məşhur komediyaçı həbs edildi - Zorakılığa görə

10:09 29 sentyabr 2026
Arabesk dinlənmələri 435 faiz artdı – Gənclər arasında

Arabesk dinlənmələri 435 faiz artdı – Gənclər arasında

18:48 28 sentyabr 2026
Tanınmış rejissorun yeni layihəsi nüfuzlu festivalda

Tanınmış rejissorun yeni layihəsi nüfuzlu festivalda

18:30 28 sentyabr 2026
“Orient express – Vyanadan Bakıya” konsert proqramı təqdim olundu

“Orient express – Vyanadan Bakıya” konsert proqramı təqdim olundu

18:04 28 sentyabr 2026
Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

18:00 28 sentyabr 2026
Məşhur skripkaçı Sergey Erdenko vəfat etdi – “Loyko”, "Rolling Stones" və “Onegin”

Məşhur skripkaçı Sergey Erdenko vəfat etdi – “Loyko”, "Rolling Stones" və “Onegin”

17:46 28 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər