“Mədəni irsini qoru” layihəsi “Zərgərpalan” hamam kompleksində

“Mədəni irsini qoru” layihəsi “Zərgərpalan” hamam kompleksində
3 fevral 2025
# 15:18

Yanvarın 31-də Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, AMEA-nın Tarix və Etnologiya İnstitutu, Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi ilə “Mədəni irsini qoru” adlı layihə çərçivəsində “Zərgərpalan” hamam kompleksinə infotur keçirilib.

Kulis.az xəbər verir ki, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilinin iştirakı ilə keçirilmiş seminar zamanı qonaqlar və media nümayəndələri üçün kompleksə ekskursiya təşkil olunub, abidəyə dair maraqlı faktlar gənclərin diqqətinə çatdırılıb. Bundan başqa tələbə gənclər memarlıq abidəsində davam edən bərpa prosesinə qoşulublar.

“Gənclər Günü” ərəfəsində keçirilmiş, tarixi əhəmiyyət daşıyan infotur, iştirakçıların marağına səbəb olub. Ölkənin bir neçə ali və orta ixtisas məktəblərinin təmsil olunduğu infoturda gəncləri maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb.

Layihənin məqsədi ölkənin zəngin tarixi-mədəni irsinin təbliği və mühafizəsi sahəsində praktiki biliklərin artırılması, milli kadr potensialının gücləndirilməsi, gənc nəslin maarifləndirilməsinə dəstək olmaq və tarixi abidələri qoruyaraq gələcək nəsillərə ötürməkdən ibarətdir. Layihə çərçivəsində ölkədə mövcud olan bir sıra tarixi məkanlara infoturlar təşkil olunaraq ekspertlər tərəfindən seminarların keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, “Mədəni irsini qoru” layihəsi çərçivəsindəki öncəki infoturlar Qobustan Milli Tarix-Bədii Qoruğuna, Böyük və Kiçik Mərdəkan Qəsrlərinə baş tutub.

# 2415 dəfə oxunub

Oxşar xəbərlər

Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
Azərbaycanın “Avroviziya 2027”də  iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

16:22 1 oktyabr 2026
Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına  maliyyə dəstəyi

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi

16:14 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər