​​​​​​​“Mədəni irsini qoru” layihəsi Böyük və Kiçik Mərdəkan qəsrlərinə infoturla davam edib

​​​​​​​“Mədəni irsini qoru” layihəsi Böyük və Kiçik Mərdəkan qəsrlərinə infoturla davam edib
23 dekabr 2024
# 15:37

21 dekabr 2024-cü il tarixində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutu, Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi ilə “Mədəni irsini qoru” adlı layihə çərçivəsində növbəti infotur Böyük (Dördkünc) Mərdəkan qəsri və Kiçik (Dairəvi) Mərdəkan qəsrlərinə həyata keçirilib.

Kulis.az xəbər verir ki, layihənin məqsədi ölkənin zəngin tarixi-mədəni irsinin təbliği və mühafizəsi sahəsində praktiki biliklərin artırılması, milli kadr potensialının gücləndirilməsi, gənc nəslin maarifləndirilməsinə dəstək olmaq və tarixi abidələri qoruyaraq gələcək nəsillərə ötürməkdən ibarətdir.

İnfotur zamanı qonaqlar və media nümayəndələri üçün Böyük və Kiçik Mərdəkan qəsrlərinə, həmçinin ətraf ərazilər olan Tuba Şah məscidi və Şeyx Kazım hamam kompleksinə ekskursiya təşkil olunub. Yerli ekspertlər tərəfindən abidələr haqqında önəmli faktlar gənclərin diqqətinə çatdırılıb, infotur tələbə gənclərin marağına səbəb olub. Ölkənin bir neçə ali və orta ixtisas məktəbi tələbələrinin təmsil olunduğu infoturda gəncləri maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb.

Layihə çərçivəsində ölkədə mövcud olan bir sıra tarixi məkanlara infoturlar təşkil olunaraq ekspertlər tərəfindən seminarların keçirilməsi planlaşdırılıb. Xatırladaq ki, “Mədəni irsini qoru” layihəsi çərçivəsində ilk infotur Qobustan Milli Tarix-Bədii Qoruğunda baş tutub.

# 2040 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər