Mario Bakunanın Heydər Əliyev Mərkəzində konserti olacaq

Mario Bakunanın Heydər Əliyev Mərkəzində konserti olacaq
5 iyul 2023
# 13:37

Oktyabrın 15-də Bakı Caz Festivalı çərçivəsində Heydər Əliyev Mərkəzində braziyalı musiqiçi Mario Bakunanın konserti olacaq.

Kulis.az APA-ya istinadən xəbər verir ki, auditorium zalında keçiriləcək konsert “Braziliya mənzərələri” adlanır. Məşhur caz ifaçısı eyniadlı albomu ilə artıq Avropanın 16 ölkəsində qastrolda olub. “Braziliya mənzərələri” albomu digərlərindən məşhur braziliyalı bəstəkarların əsərlərinin yeni aranjimanının təqdimatı ilə fərqlənir.

Mario Bakuna Londonda yaşayan braziliyalı bəstəkar, aranjimançı, müğənni və gitara ifaçısıdır. 20 illik musiqi təcrübəsi olan Mario Bakuna bugünədək Avropa, Afrika və Braziliyada beynəlxalq festivallar və böyük səhnələrdə uğurla çıxış edib.

O, 1950-ci illərdə Rio-de-Janeyroda yaranan Samba Caz janrının yeni interpretasiyaları üzərində çalışır. Hazırda Mario Bakuna Avropada yaşayan və dünyanın nüfuzlu səhnələrində ən yaxşı musiqiçilərlə birgə çıxışları ilə yadda qalan caz ifaçılarındandır.

Bakı konsertində onunla səhnəni elektro gitarada Felippe Oliveyra (Felippe Oliveira), bas gitarada Ueyn Metyuz (Wayne Matthews), zərb alətlərində isə Uçço Qaeta (Uccio Gaeta) paylaşacaq.

Mario Bakunanın konsertinə biletləri şəhərin kassaları və iTicket.az saytından əldə etmək olar.

# 2005 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər