Əlli qəpiklik çörəyə görə qocanı yarım saat danışdıranlar

Əlli qəpiklik çörəyə görə qocanı yarım saat danışdıranlar
10 aprel 2020
# 16:19

Müharibə dövründən bəhs edən filmlərdə, yazılan romanlarda insanın çörəklə imtahanı daha qabarıq şəkildə göstərilir. “Şərikli çörək” filmində 10 yaşlı bir uşağın yeganə çörək payını məhəllə uşaqları ilə bölüşdüyü kadr inanmıram ki, kiminsə yadında çıxa. Uşaqların çörəyə necə həsrətlə baxa-baxa yeməsi, bitməsin deyə qırıq-qırıq qoparıb ağzına qoyması çörəyin necə müqəddəs nemət olmasını bir daha xatırladır insan övladına. Yoxluğun acısını dadmayan insanlar aclıq çəkən adamlar üçün çörəyin quzu əti dadı verdiyini əlbət ki çətin anlaya.

Yazıya çörəkdən başlamağım bilirəm ki, bir xeyli düşündürür sizi. Bu günlərdə sosial şəbəkənin daha bir “qəhrəmanı” peyda oldu. Yerli partiyalarımızdan birinin Bərdə filalının sədrinin ahıl insanlara çörək alıb paylaması gündəm mövzusuna çevirilib. Aldığı 3 çörək üçün yarım saat ahıl insanı ayaqda saxlayıb məruzə etməsi qeyri-etik görüntülər ortaya çıxarıb. İnsanların etiraz etdiyi məsələ şəxsin vəziyyətdən sui-istifadə edib özünü, partiya liderinin reklamını aparmasıdır. Yurdum insanı bu məsələyə ulularımızın “sağ əlin verdiyini, sol əl bilməməmlidir” fikrinə söykənərək qərar çıxartsa da, məsələnin kölgədə qalan tərəfi də var.

Burda diqqətdən qaçan iki əsas məqam var. Adam özü qoruyucu maska və əlcəkdədir, amma yaşlı kişini maskasız əlcəksiz bir neçə insanın əhatəsində onun çıxışını dinləməyə məcbur edir. Siyasi partiyanın başbiləni dövlətin mövcud vəziyyətlə bağlı qəbul etdiyi qayda-qanunu pozur. Bir günlük çörək verdiyi adamın canını təhlükəyə atır.

İkinci bir məqam yaşlı kişinin qürurunu incitməkdir. Əlində sellofan tutub çörəyin içinə qoyulmasını gözələyən addamın geniş məruzəni necə həvəssiz dinlədiyini hiss etməmək mümükün deyil. Mən insanların etdiyi yaxşılıqları reklam etməsinə qarşı deyiləm. Amma yaxşılığı təbliğ etmək fikri ilə yola çıxıb, yanlış mesajlar ötürməmək üçün belə məqamlarda atılan addımlara olduqca diqqət yetirilməlidir. “Sən mənə möhtacsan” mesajı ötürülməməlidir. Belə məqamlarda həyata keçirilən təşviqat kampaniyalarının strategiyası doğru qurulmadığı üçün ortaya nəciblik trayektoriyasını aşan hallar çıxır.

Bu gün inanmıram ki, Azərbaycanda 50 qəpiklik çörək almağa imkanı olmayan adamlar ola. İndi çörəkdən ucuz nə var ki, ölkədə? Karantində çörək almağa gedə bilməmək də müşükül məsələ deyil. Hər şeyin elektronlaşdığı bir dövrdə bütün marketlər onlayn xidmətlə çalışır. Bu gün ucqar dağ kəndində belə internet xidmətində yararlana bilir insanlar. Ən azından hamının mobil telefonu var. Və bütün rayonlarda böyük market şəbəkələrinin filialları var. Bizi yaxşılığı ilə əzməyə çalışan insanlara 50 qəpiklik çörək üçün əyilməmək öz əlimizdədir. Yardımlaşmaq isə həmişə gözəldir. Necə deyərlər “çörək verən özü çıxsın, verməyənin gözü çıxsın”

# 6074 dəfə oxunub

Oxşar xəbərlər

İTV-nin baş direktoru vəzifəsinə 11 iddiaçı var - SİYAHI

İTV-nin baş direktoru vəzifəsinə 11 iddiaçı var - SİYAHI

18:50 8 may 2026
“Müasir Azərbaycanın qurucusu – Ulu Öndər Heydər Əliyev”  adlı tədbir təşkil edildi

“Müasir Azərbaycanın qurucusu – Ulu Öndər Heydər Əliyev” adlı tədbir təşkil edildi

17:32 8 may 2026
Kinematoqrafçılar İttifaqına sədr seçilməsi üçün qurultayın tarixi məlum oldu

Kinematoqrafçılar İttifaqına sədr seçilməsi üçün qurultayın tarixi məlum oldu

16:43 8 may 2026
Lolita ailəsini qorumaq üçün Rusiyanı tərk etdi

Lolita ailəsini qorumaq üçün Rusiyanı tərk etdi

16:33 8 may 2026
Ulu Öndərin xatirəsinə həsr olunmuş konsert: “Odlar Yurdunun sədaları”

Ulu Öndərin xatirəsinə həsr olunmuş konsert: “Odlar Yurdunun sədaları”

15:36 8 may 2026
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edildi

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edildi

15:04 8 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər