Larisa adını niyə dəyişmək istəyirdi, anasının yuxusuna girib nə dedi? - 13 yaşlı şəhidimiz

Larisa adını niyə dəyişmək istəyirdi, anasının yuxusuna girib nə dedi? - 13 yaşlı şəhidimiz
20 yanvar 2023
# 13:00

Bu gün 1990-cı il yanvarın 19-da Bakıda baş verən qanlı hadisələr zamanı şəhid olmuş Larisə Məmmədovanın doğum günüdür. Kulis.az 13 yaşlı məktəbli haqqında diqqətçəkən faktları təqdim edir.

Larisa Fərman qızı Məmmədova 11 avqust 1977-ci ildə Bakı şəhərində anadan olub.

***

Larisanın atası Fərman Ukraynada hərbi xidmətdə olanda Qalina adlı qadınla tanış olur. Hərbi xidməti başa vurandan sonra onunla ailə qurub Bakıya gəlir. Bu evlilikdən onların iki qızı, bir oğlu olur.

Larisa isə Ukraynada anadan olur, elə adını da orada ona qoyurlar. Ancaq o, böyüdükcə adından narazılıq edir. Larisa rus adı olduğu üçün məktəbdə uşaqlar ona pis baxırlar. O, anasına deyir ki, ana nahaq mənə bu adı qoymusunuz. Məktəbi bitirənən sonra pasport alanda adımı dəyişib Leyla edəcəm.

***

Larisa orta məktəbi yaxşı qiymətlərlə oxuyub. Orta məktəblə yanaşı o, piano dərsləri də alıb. Ən böyük arzusu da böyüyəndə piano müəllimi olmaq olub. O, həmçinin toxuculuğu və rəssamlığı da öyrənib. Hətta balaca qardaş və bacısına geyim də toxuyub.

1990-cı il yanvarın 19-da axşam vaxtlarında Larisanın atası şəhərdəki hay-küyü eşidir. Həyat yoldaşına deyir ki, avtobusu narahat yerdə saxlamışam, gedim onu götürüb gəlim.

***

Atası evdən çıxarkən Larisa atasından əl çəkmir, onunla getmək istədiyini bildirir. Anası nə qədər etiraz etsə də, o, razılaşmayıb təzə paltarlarını geyinərək onunla gedir.

***

Həmin gecə həyat yoldaşından və qızından heç bir soraq ala bilməyən Qalina xanım narahat olur. Ertəsi gün isə xəbər gəlir ki, şəhərdə baş verən hadisələr zamanı Fərman kişi ayağından yaralanıb. Larisa isə ürəyindən vurularaq 19 yanvar 1990-cı ildə 13 yaşında həyatını itirir.

Larisa Məmmədovanın adına Bakı şəhərində küçə yerləşir. Bəxtiyar Vahabzadə Larisa ilə bağlı "On üç yaşlı körpə bala" şeirini yazır.

***

Larisanın qırxı çıxanda onun qəbrinin üstünü götürüb mərmər edirlər. O, həmin gecə anasının yuxusuna girib, ona əl yelləyir və qəbrini göstərib deyir ki, ana, bura, daşlar, mərmər məni sıxır. Burada mənim üçün çox çətindir, ağırdı.

# 63439 dəfə oxunub

Oxşar xəbərlər

Yeseninin "vəhşi ilahəsi" - O, niyə ABŞ vətəndaşlığından imtina etmişdi?

Yeseninin "vəhşi ilahəsi" - O, niyə ABŞ vətəndaşlığından imtina etmişdi?

14:30 26 may 2026
“Xalq şairi Söhrab Tahir – 100”  adlı sərgi açıldı

“Xalq şairi Söhrab Tahir – 100” adlı sərgi açıldı

14:15 26 may 2026
Eldost Bayram:  "Özəl televiziyalarda başqa şey tələb edəcəkdilər..." - Müsahibə

Eldost Bayram: "Özəl televiziyalarda başqa şey tələb edəcəkdilər..." - Müsahibə

14:00 26 may 2026
İlk Türkoloji Qurultaydan sonra "qara siyahı"ya düşən alim - Onu niyə  həbs etmişdilər?

İlk Türkoloji Qurultaydan sonra "qara siyahı"ya düşən alim - Onu niyə həbs etmişdilər?

13:30 26 may 2026
"Bu, birbaşa dövlətə xəyanətdir" - Zvyaqintsevə qarşı sərt ittiham

"Bu, birbaşa dövlətə xəyanətdir" - Zvyaqintsevə qarşı sərt ittiham

12:30 26 may 2026
100 ildir axtarılan rəsmlər tapıldı - Hərraca çıxarılarkən aşkar edildilər

100 ildir axtarılan rəsmlər tapıldı - Hərraca çıxarılarkən aşkar edildilər

12:00 26 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər