“Lara Martin's Jazz Club” tamaşasının premyerası keçirildi

“Lara Martin's Jazz Club” tamaşasının premyerası keçirildi
9 iyun 2022
# 16:00

İyunun 21-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya ədəbiyyatının görkəmli nümayəndəsi Aleksandr Ostrovskinin “Cehizsiz qız” pyesi əsasında hazırlanan "Lara Martin's Jazz Club" caz tamaşasının premyerası olacaq.

Teatrın mətbuat xidmətindən Kulis.az-a bildirilib ki, rus bölməsində ərsəyə gələn əsərin quruluşçu rejissoru İradə Gözəlova və layihənin bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir. Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, musiqi tərtibatçıları Əməkdar artist Nərgiz Kərimova və adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılan Nərminə İsmayılova, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev, rejissor assistenti Tamilla Aslanovadır.

"Lara Martin's Jazz Club"da baş rolun ifaçısı Əməkdar artist Nərgiz Kərimovadır. Tamaşada Əməkdar artistlər Fərid Əliyev, Şövqi Hüseynov, Nahidə Orucova, aktyorlar Əliməmməd Novruzov, Rauf Babayev və Emil Heydərov iştirak edirlər.

Fərqli səhnə tərtibatı ilə seçilən bu tamaşada aktyorların canlı ifalarında məşhur caz kompozisiyalarından nümunələr təqdim olunacaq.

Qeyd edək ki, piano ifaçısı Nərminə İsmayılova və "DJ Maqa" – Məhəmməd Məmmədov da aktyorlarla eyni səhnəni bölüşəcəklər.

Xatırladaq ki, İradə xanım bundan əvvəl Musiqili Teatrda Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?”, SSRİ Xalq artisti Fikrət Əmirovun musiqiləri və “1001 gecə” nağıllarının motivləri əsasında “999-cu gecə” və İlyas Əfəndiyevin “Mənim günahım” (SSRİ Xalq artisti Q.Qarayevin musiqiləri əsasında) əsərlərinə quruluş verib. Peşəkar rejissorun hazırladığı tamaşalar teatrsevərlər tərəfindən hər zaman rəğbətlə qarşılanır.

# 3422 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti Fəxrəddin Dadaşov:  "Alim Qasımov indi özü üçün dilxoşluq edir..." - Müsahibə

Xalq artisti Fəxrəddin Dadaşov: "Alim Qasımov indi özü üçün dilxoşluq edir..." - Müsahibə

12:40 29 sentyabr 2026
Məşhur serial ekranlara qayıdır – Tommi Şelbi olmayacaq?

Məşhur serial ekranlara qayıdır – Tommi Şelbi olmayacaq?

12:30 29 sentyabr 2026
Yeni il gecəsi evində təkbaşına ölən dahi – O, niyə hamıdan üz döndərmişdi?

Yeni il gecəsi evində təkbaşına ölən dahi – O, niyə hamıdan üz döndərmişdi?

12:00 29 sentyabr 2026
Van gölünün dərinliklərində qədim tikili aşkarlandı

Van gölünün dərinliklərində qədim tikili aşkarlandı

11:00 29 sentyabr 2026
Romada “Harmoniya”  sənədli filminin təqdimatı oldu

Romada “Harmoniya” sənədli filminin təqdimatı oldu

10:30 29 sentyabr 2026
Məşhur komediyaçı həbs edildi - Zorakılığa görə

Məşhur komediyaçı həbs edildi - Zorakılığa görə

10:09 29 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər