Məşhur amerikalı rejissor Kventin Tarantino ilk teatr tamaşasını Londonda səhnələşdirməyə hazırlaşır.
Kulis.az xəbər verir ki, iki dəfə Oskar laureatı olan Tarantino, hələ adı açıqlanmayan bu tamaşanın hazırlıqlarına 2026-cı ilin yanvarında başlayacaq.
Tamaşanın dünya premyerası 2027-ci ilə planlaşdırılır.
Layihəni yaxından izləmək üçün o, ailəsi ilə birlikdə İngiltərəyə köçməyi düşünür.
Qeyd edək ki, rejissor bu tamaşanın uğurlu olacağı təqdirdə son işi ola biləcəyini də bildirib.