"Mən və dünya" fərqi - Yeniyetmələr niyə kriminal romantikanın təsirinə düşürlər?

"Mən və dünya" fərqi - Yeniyetmələr niyə kriminal romantikanın təsirinə düşürlər?
20 avqust 2025
# 12:25

Kulis.az Yalçın İslamzadənin yeni yazısını təqdim edir.

Bir müəllim yoldaş məhlə uşaqlarından bizim evin yerini soruşmuşdu, onlar da tanımadıqlarını demişdilər. Tanıdıqları halda, niyə "Tanımırıq" dediklərini soruşdum.

Dedilər ki, "Məhlədə dava düşmüşdü. Döyülən adam "kruqunu" yığıb qayıdacağını demişdi. Elə bildik onlardır, bəlkə sizi axtarırlar. Tapmasınlar deyə, "tanımırıq" dedik."

Yeniyetmə uşaqların böyüklərin dava-dalaş "ritualları"nı bilmələri bir az da təəccüblü görünmüşdü.

Yaxınlıqda futbol oynayırlar, sözləri çəpləşəndə münaqişəni hansı üsullarla həll etdikləri maraqlıdır: "Kişi ol! Kişiyin çatırsa.... Baboş kimi danışma!".

Bu il radikal qrupların yeniyetmələrlə intensiv işlədiklərinə şahid olduq. Yayılan çoxsayda videolarda onlarla dini sual-cavab yarışları keçirilir, mətnlər əzbərlətdirilir, kütlə daxilində nizamlı qaydada hərəkət etməyin qaydaları öyrədilir.

Çalışqan qismi isə yaxşı təhsil alıb ölkədən getməyə çalışır. Yeniyetməlik dövrü şəxsiyyət şüurunun formalaşmağa başladığı dövrdür. Bu dövrün mürəkkəb problemlərini idarə və həll etmək üçün nə ailənin, nə də məktəbin əlində metod yoxdur.

Bu mərhələdə "mən və dünya" fərqi yaranır, "məni" və "dünyanı" yeniyetməyə cəmiyyət təqdim etməlidir.

Valideyn ancaq "dərsini oxu" deyir, müəllim də "dərsini oxumur" deyə valideynə şikayət edir.

Nəticədə yeniyetmələr anlayışsızlıqdan, ideoloji boşluqdan dini radikal qrupların və kriminal romantikanın təsirinə düşürlər. Bu yaşda onlara ən çox lazım olan, özlərini müəyyən bir mədəniyyətə aid hiss etmələridir. Bunu isə indilik ya radikal dini qruplar təqdim edir, ya da gənclər özlərini kriminal romantikada tapırlar.

Küsmüş gənclik "Ədalətsiz, namərd, xəyanətlərlə dolu" dünyaya qarşı təkbaşına dayandıqlarını, bunun üçün həyatdan belə keçməyə dəydiyini düşünürlər.

Cəmiyyətin özü də şiddəti, zorakılığı ucaldır. Çünki metodu yoxdur, metod olmayan yerdə zorakılıq olar.

Mütaliəsiz və mədəniyyətsiz insana spontan, təbii, emosional doyum hissi verən zorakılıq təbii metod kimi görünür.

# 1845 dəfə oxunub

Oxşar xəbərlər

"Netflix"dən yeni layihə - Ortuelya faciəsi haqqında

"Netflix"dən yeni layihə - Ortuelya faciəsi haqqında

10:40 8 oktyabr 2026
"Cyrille Gassiline"  brendinin təsisçisi vəfat etdi

"Cyrille Gassiline" brendinin təsisçisi vəfat etdi

10:20 8 oktyabr 2026
Şirməmməd Hüseynovun “İstiqlal söhbətləri”  təqdim edildi

Şirməmməd Hüseynovun “İstiqlal söhbətləri” təqdim edildi

18:30 7 oktyabr 2026
80-ci illərin məşhur soul ulduzu vəfat etdi

80-ci illərin məşhur soul ulduzu vəfat etdi

17:30 7 oktyabr 2026
Payız-qış moda kolleksiyası mədrəsədə nümayiş olundu

Payız-qış moda kolleksiyası mədrəsədə nümayiş olundu

17:00 7 oktyabr 2026
Görkəmli yazıçıya həsr olunmuş sərgi keçiriləcək

Görkəmli yazıçıya həsr olunmuş sərgi keçiriləcək

16:30 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər