Kukla Teatrının direktoru: "Bütün söz-söhbət verdiyim müsahibədən sonra başladı"

Kukla Teatrının direktoru:  "Bütün söz-söhbət verdiyim müsahibədən sonra başladı"
8 dekabr 2022
# 18:49

“Yoxlama ilə bağlı əmr bizə gəlib çıxmamış artıq mətbuatda yayılmışdı ki, Kukla Teatrına yoxlama gəlir. Bu cür məsələlərin ictimailəşdirilməsi teatrın fəaliyyətinə zərbədir”.

Kulis.az APA -ya istinadən xəbər verir ki, bunu Abdulla Şaiq adına Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə mətbuat konfransı zamanı deyib.

Rəşad Əhmədzadə teatrda aparılan yoxlama barəsində danışıb: "Sonra mən maraqlandım, yenə də yoxlama ilə bağlı əmri tapa bilmədim. Sonra tapılan əmrdə möhür yox idi, ikinci əmr də düzgün formada deyildi. Nəticə etibarilə belə çıxdı ki, nazirlik və oradakı əməkdaşlar bizim teatrımızın adını bilmir".

Direktor nazirliyin dövlət planı siyasətini tənqid edib: "Bütün söz-söhbətlər teatrımızın 90 illik yubileyi və ondan sonra verdiyim müsahibədən sonra başladı. Keçmiş nazir müavini ilə aramızda olan söhbətdən sonra ölkədə olan teatrların dövlət planı azaldıldı, bizimki isə artırıldı. Bir neçə dəfə xahişdən sonra bir az azaltdılar".

Rəşad Əhmədzadə mədəniyyət naziri Anar Kərimovla görüşdüyünü vurğulayıb: “Nazirlə görüşdən sonra düşündük ki, yoxlama tezliklə bitər, amma əksi oldu: vaxtı uzadıldı və daha da sərtləşdirildi. Nazirə sual verdim ki, niyə bizim teatrda olmursunuz? Kollektiv sizi görmək istəyir, heç yubiley tədbirimizə də gəlmədiniz. Dedi ki, görüşərik. Mən orada nazirdən xahiş etdim ki, teatra gələn yoxlamanın teatrdan anlayışı olsun".

Direktor yoxlamadan narazı olduğunu vurğulayıb: "Yoxlama getdikcə sərtləşdirildi və teatrda korrupsiya faktının olduğunu deməyə başladılar. Mənim adım korrupsiya faktında hallana bilməz".

# 2465 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər