“Küçə sənətçiləri” layihəsi üçün müsabiqə elan edildi

“Küçə sənətçiləri”  layihəsi üçün müsabiqə elan edildi
20 oktyabr 2025
# 11:45

Dövlət Turizm Agentliyinin Bakı-Abşeron Regional Turizm İdarəsi "Küçə sənətçiləri" layihəsində iştirak etmək üçün müsabiqə elan edib.

Kulis.az xəbər verir ki, layihə Bakı şəhərinin mərkəzində 20 qalib iştirakçı üçün xüsusi ayrılmış çıxış yerlərində küçə sənətçilərinin öz istedadını və sənətini sərbəst şəkildə nümayiş etdirmələrinə dövlət dəstəyinin göstərilməsini nəzərdə tutur.

Layihənin əsas məqsədi müasir dünyada çox geniş yayılmış incəsənəti və biznesi özündə birləşdirən küçə sənətinin ("Street Performance") biznes aspektlərinin və müasir turizm tendensiyalarında formalaşan rolunun Azərbaycan gəncləri arasında düzgün təbliğinə nail olmaqla yanaşı, tursitlərin marağına səbəb ola biləcək yeni şəhər fəaliyyət növlərinin formalaşdırılmasına dəstək olmaqdan ibarətdir.

Küçə sənəti vasitəsilə ifaçılıq, rəssamlıq, aktyorluq, dulusçuluq və ya toxuculuq sənətinə dair ustad çıxışlarını fərqli formatlarda turistlərə nümayiş etdirməklə həm Azərbaycan xalqının unikal milli-mədəni irsini təbliğ etmək, həm də ərsəyə gələn nümunələrin satışını həyata keçirməklə küçə sənətçiləri tərəfindən müəyyən iqtisadi gəlirlərin əldə edilməsinə dəstək olmaq layihənin məqsədlərindəndir.

Layihənin müsabiqə mərhələsində qısa zaman çərçivəsində turistlərin diqqətini çəkə biləcək və onların marağına səbəb olacaq, eləcə də onların əylənməsinə şərait yaradacaq sənət növlərinin - akrobatika, şarlardan müxtəlif formalı əşyaların düzəldilməsi, karikaturalar, klounluq, komediya, rəqs, ifaçılıq, sehrbazlıq, mim, pantomim, canlı heykəl, musiqi performansları, solo ifaçılar, 2 və 3 nəfərlik kiçik qruplar, kuklaçılıq, hekayə, şeir və ya nəsr oxuyanlar, o cümlədən eskiz və rəssamlıq kimi küçə sənəti, fotoqraflıq, xalça toxuma, küçə teatrı və s. ilə məşğul olan sənətçilər mütəxəssis sənətşünaslar tərəfindən seçiləcək. Növbəti mərhələdə isə onlar müvafiq çıxış yerlərində yerləşdiriləcək və fəaliyyətlərinə nəzarət edilməklə sərbəst çıxış etmələri üçün şərait yaradılacaq.

Müsabiqənin seçim turu 2 mərhələdə keçiriləcək. 1-ci mərhələdə iştirakçıların onlayn olaraq təqdim etdikləri öz çıxışlarından ibarət 3 dəqiqəlik videoçarxlar mütəxəssislər tərəfindən müsbət və mənfi rəylər verilməklə qiymətləndiriləcək. Müsbət rəy alan namizədlər 2-ci – əyani mərhələdə iştirak edəcəklər. Müsabiqənin əyani seçim turunda isə qiymətləndirmə 10 ballıq şkala üzrə aparılacaq və müvafiq dayanma yerlərinin sayına uyğun olaraq ən yüksək bal toplamış sənətçilər qalib olub, növbəti 1 il ərzində layihədə iştirak etmək hüququ qazanacaqlar.

Müsabiqədə iştirak etmək istəyən şəxslər oktyabrın 20-dən 30-dək telefon və elektron poçt vasitəsilə əlaqə yarada bilər.

Telefon: (+99412) 498 12 44

Elektron poçt: [email protected]

Linkə daxil olaraq müsabiqə qaydaları ilə tanış ola bilərsiniz.

# 1233 dəfə oxunub

Oxşar xəbərlər

Elşad Xose  psixiatriya xəstəxanasına yerləşdirildi

Elşad Xose psixiatriya xəstəxanasına yerləşdirildi

16:48 28 iyul 2026
Alan Türinqin heç kimin bilmədiyi hekayəsi tapıldı

Alan Türinqin heç kimin bilmədiyi hekayəsi tapıldı

16:33 28 iyul 2026
 "Bəyaz durnalar"  kitabı işıq üzü gördü

"Bəyaz durnalar" kitabı işıq üzü gördü

15:33 28 iyul 2026
Tarixin ən səs-küylü plagiat qalmaqalları – Məşhurlar necə ifşa olundu?

Tarixin ən səs-küylü plagiat qalmaqalları – Məşhurlar necə ifşa olundu?

15:00 28 iyul 2026
Elmlə dini necə barışdırmaq olar? – Qaydalara meydan oxuyan dahi

Elmlə dini necə barışdırmaq olar? – Qaydalara meydan oxuyan dahi

14:00 28 iyul 2026
Seyran Səxavət:  " Bir üzdəniraq həmin institutu Midhət müəllimə görə bağlatdırdı" - Söhbət

Seyran Səxavət: " Bir üzdəniraq həmin institutu Midhət müəllimə görə bağlatdırdı" - Söhbət

13:30 28 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər