"Dostlar" teleserialının fenomen ulduzlarından olan Metyu Perrinin ölümü ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb. Pərəstişkarlarını və yaxınlarını şoka salan Perrinin ölümünün əslində ona ən yaxın adamlar tərəfindən necə hazırlandığını görmək olar.
Metyu Perrinin Los-Ancelesdəki malikanəsinin cakuzisində ölü tapılmasından bir müddət əvvəl köməkçisi Kennet İvamasaya dediyi soyuqqanlı son sözləri də üzə çıxıb. Yeni açıqlanan sənədlərə görə, Perri köməkçisinə "mənə böyük bir şey ver" deyib. Perrinin bu tələbi irəli sürməsinə səbəb müalicə vədi ilə aldanması olub.
Sənədlərdə Perrinin 28 oktyabr 2023-cü ildə ölümündən əvvəl iki dəfə evində huşsuz vəziyyətdə tapıldığı da məlum olub. Köməkçisi və həkimlərindən ibarət cinayətkar dəstənin məşhur aktyoru necə istismar etdiyi də üzə çıxıb.
Prokurorların dediyinə görə, Perri İvamasadan ketamin inyeksiyasından əvvəl isti vanna hazırlamasını istəyib. Prokurorlar deyirlər ki, Perri öldüyü gün səhər saat 8:30 və 12:45 radələrində ketamin iynəsi alıb. İvamasa Perrinin ölümü ilə bağlı dörd nəfərlə birlikdə həbs edilib.
İvamasa, Fleminq və Çaves günahlarını etiraf etsələr də, Sanqha və Plasensiya günahsız olduqlarını bildiriblər.
Lakin prokurorların sözlərinə görə, Plasensiya və Çaves keçən il Perrinin depressiya və narahatlığını ketaminlə müalicə etməkdə maraqlı olduğunu eşitdikdən sonra onunla əlaqə saxlayıb. Lakin iki həkim ona asılılıq ilə mübarizəsində kömək etmək əvəzinə, onu istismar etdilər. Hər ikisi aktyordan nə qədər pul ala biləcəkləri barədə bir-birlərinə mesaj yazıblar.
Məlumata görə, Plascencia Çavesə "Görəsən bu axmaq nə qədər ödəyəcək?" - deyə mesaj yazıb.
İki həkim Perrinin köməkçisi İvamasa və küçə satıcısı Erik Fleminq əlbir olub, aktyoru dərmanla təmin ediblər. Onlar narkotik sövdələşmələrini müzakirə etmək üçün şifrəli mesajlaşma proqramlarından və kodlaşdırılmış dildən istifadə edirdilər. Onlar ketamin flakonlarına “Doktor Pepper”, “konservlər” və “çəkmələr” kimi istinad edirdilər.
Plasencia heç bir tibbi təhsili olmayan və nəzarət olunan maddələrin tətbiqi ilə bağlı az biliyi olan İvamasaya gündə bir neçə dəfə ketamin yeritməyi öyrədib.
İvamasanın Perriyə verdiyi ketamini Plasensiya və Fleminqdən aldığı iddia edilir. Onun 30 sentyabr - 28 oktyabr 2023-cü il tarixləri arasında Plasensiya ilə ən azı 7 dəfə görüşdüyü bildirilir. Köməkçi maye ketamin və ketamin pastilləri almaq üçün Perrinin pulundan ən azı 55 min dollar ödəyib.
Qeyd edək ki, “Dostlar” teleserialının ulduzunun uzun müddət idi ki, narkotik asılılığı ilə mübarizə aparırdı.
Həkim Palensiya
Köməkçi İvamasa