Kişinin pulu olsun, nə istəyir eləsin...

Kişinin pulu olsun, nə istəyir eləsin...
9 avqust 2024
# 12:00

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Dünən xəbər yayıldı ki, bəs Türkiyədə tiktoku bağlamaq istəyirlər. Bundan əvvəl instaqramı bağlamışdılar, hələ də açılmayıb. Sözüm onda yox, sosial şəbəkələrin bir yaxşı tərəfindən danışmaq istəyirəm.

Yəqin, siz də eşitmisiniz, tez-tez deyirlər ki, sosial şəbəkələr cəmiyyəti əxlaqsızlığa sürükləyir.

Bəs orda pis-pis videolar yayılır. Bəs gənclik uçuruma gedir.

Sosial şəbəkələrin təsiri ilə müəyyən qədər razılaşmaq olar, ancaq hər əyər-əskiyimizi də onların üstünə atmaq söhbətdən qaçmaqdır.

Sosial şəbəkələr, sadəcə, güzgüdür. Baxır, kim necə görünür.

Məsələn, elə bu sabah bir video izlədim. Aparıcı Lətafət Ələkbərova deyir ki, kişi mübariz olmalıdır. Pul qazanmalıdır. Yaraşıqlı olmalıdır. Elə olmalıdır, belə olmalıdır. Söhbət təkcə Lətafət Ələkbərovadan getmir. Ola bilər ki, o bu sözü tamam başqa məqsədlə deyib...

Son vaxtlarda belə fikirlərlə daha çox rastlaşıram. Kişinin hər şeyi olsun, bu da rahat otursun evində, necə lazımdır yaşasın. Arada kefi istəyəndə hardasa işləyə bilər. Hobbi kimi...

Vallah, elə belə də düşünürlər. Sizə zarafat gəlməsin.

Son illərdə oturuşan düşüncə bu yöndədir. Pulu olsun, nə istəyir eləsin. Əsas odur ki, evinə, ailəsinə baxır. Evə gec gəlsin, istəyir, lap gəlməsin.

Komfort üçün pullu, imkanlı, şərli-şəraitli kişi arzulayan, görünüşündən savayı heç nəyi olmayan qadınların belə fikirləri son illərdə ölkədə qadınlara münasibəti də dəyişdirib.

“Kişinin gərək pulu olsun” düşüncəsi tüğyan eləyir. Maraqlıdır ki, guya qadın azadlığını müdafiə edənlərin də içində bunu bəyənənlər və dəstəkləyənlər var. Məsələn, demirlər ki, insanın pulu olmalıdır. Birbaşa “kişinin pulu olmalıdır” deyirlər.

Patriarxal cəmiyyətdə hər iki cinsin belə düşünməsi normaldır, əslində.

Sən pul qazanmağı kişinin çiyinlərinə yükləyirsən, əvvəl-axır əksəri ya yorulur, ya da bu düşüncəni öz məqsədləri üçün istifadə eləyir.

Bugünkü “pulum var, nəs istəsəm, eləyərəm” düşüncəsinin də kökündə bu durur.

Əksər ailələrdə qayda budur ki, evdə hər iki tərəf işləyirsə, kişi mütləq qadından daha çox maaş almalıdır. Yoxsa o nə kişidir?

Bu düşüncə o qədər yayılıb ki, işdən çıxan kişilər depressiyaya düşür. Həyat yoldaşı işləyirsə, vəziyyət daha da ağırlaşır. Niyə? Çünki bu düşüncə ilə böyüdülüb. Ona görə elə düşünür ki, bundan sonra hamı ona güləcək, lağ obyektinə çevriləcək.

Bunların olmaması üçün sən öz iqtisadi azadlığını təmin eləməlisən. Kiminsə qanadının altında yaşamaq rahatdır, amma gərək sonra şikayət eləməyəsən.

Azad yaşamaq azad düşüncədən başlayır.

# 2741 dəfə oxunub

Oxşar xəbərlər

“Arşın mal alan”  operettası növbəti dəfə nümayiş olunacaq

“Arşın mal alan” operettası növbəti dəfə nümayiş olunacaq

18:15 20 sentyabr 2024
Yeni ədəbiyyat dərgisi fəaliyyətə başlayır

Yeni ədəbiyyat dərgisi fəaliyyətə başlayır

16:32 20 sentyabr 2024
AYB katibliyindən Elza Seyidcahana xəbərdarlıq

AYB katibliyindən Elza Seyidcahana xəbərdarlıq

16:31 20 sentyabr 2024
Beren Saatın "Gizli dolab"ı

Beren Saatın "Gizli dolab"ı

16:30 20 sentyabr 2024
Film Fondunun muzeyinə qiymətli eksponat bağışlandı

Film Fondunun muzeyinə qiymətli eksponat bağışlandı

15:16 20 sentyabr 2024
Milyon il əvvəl sönmüş ulduzdan mədət umanlar - Allaha inanmaq ehtiyacı necə yarandı?

Milyon il əvvəl sönmüş ulduzdan mədət umanlar - Allaha inanmaq ehtiyacı necə yarandı?

15:00 20 sentyabr 2024
# # #