Hər yer hasarlanıb, hər yerin "yiyəsi", "xozeyni" var - Yalçın İslamzadə

Hər yer hasarlanıb, hər yerin "yiyəsi", "xozeyni" var - Yalçın İslamzadə
4 iyul 2025
# 11:13

Kulis.az Yalçın İslamzadənin yeni yazısını təqdim edir.

Qubada Quba paxlavası almaq üçün dayananda maraqlı bir nüansa diqqət etdim. Satıcı kəndli baba, "Kiloyla, yoxsa ədədlə hesablayım?" dedi, mən də "Hansı sərf edirsə, elə" dedim. Kiloyla hesabladı, ödənişi etdim, sonra ədədlə sayanda arada 3 manat fərq yarandığını gördüm. Yəni "Ədədlə hesabla" desəydim, 3 manat az ödəyəcəkdim. Satıcıdan niyə ədədlə hesablamadığını soruşdum, "Mənə kiloyla sərf edir" dedi.

"Bəs müştərinin məmnuniyyəti? Mən də "Hansı sərf edir?" deyəndə özüm üçün nəzərdə tutmuşdum." dedim. Satıcı utandı, 3 manatı qaytardı, əvvəlcə sanki pul məsələlərində həmişə aldadılan biri deyilmişəm kimi bu fantastik endirimdən məmnun qaldım.

Sonra düşündüm ki, o 3 manat Bakıda taksini 5 dəqiqə gec çağıranda artan qiymət fərqidir. Rayonda Bakıdan bir neçə dəfə qiymətlidir. Çətinliklə də olsa, 3 manatı satıcıya qaytardım.

Yol kənarında ticarətlə məşğul olanlardan məhsul alan azdır, soruşanda deyirlər ki, bunlar alverçidirlər, baha satırlar.

Kəndli baba ilə 2-3 manatın söhbətini edənlər məmurların obyektlərində bahalı istehlakın qiymətini tərəddüdsüz ödəyirlər.

Hər yer hasarlanıb, hər yerin "yiyəsi, xozeyni" var. "Bu restoran kimindir? Filan məmurun".

Hətta at oğrusuna oxşayan, kal səsli, əsasən Rusiyada işləyən soydaşlarımızın bəyəndiyi müğənninin belə təpədə böyük villası var.

Heç oldumu Rusiyadakı soydaşlarımız onları Rusiyaya aparan səbəbləri təhlil edələr və kənddə böyük evlər tikdirmək, burdan ora müğənni sifariş etməklə bərabər, tələbələrə təqaüd də versinlər?

Bu gün ölkədəki ən böyük mif "məmur iqtisadiyyatı" mifidir. Məmurdan, aparatçikdən iş insanı olmaz, əlavə dəyər yarada bilməz. Uzaqbaşı öz şirkətinə dövlətdən tender fırlada bilər.

2024-də Özbəkistandan idxalımız 210 milyon dollar, Özbəkistana ixracımız 60 milyon dollar olub. Aldığımız 1 dolların üstünə 2,5 dollar qoyub geri qaytarmışıq.

Ölkə sürətlə fürsətləri itirir. Sonuncu siyasi-iqtisadi zona kimi Turan respublikaları qalıb. Onlar bizə böyük ehtiramla yanaşırlar. Heç olmasa, türk respublikaları ilə əlaqəli qurumları yeniləyin. AMEA-nın indiki rəhbərliyi türk respublikaları ilə hansı əməkdaşlıq proqramını reallaşdıra bilər?

Qazaxıstan atom elektrik stansiyası tikəcək.

Azərbaycanda günəş panelləri fabriki açılırdı, xeyli işlər görülmüş, vəsait xərclənmişdi. Hanı panellər?

İndi Özbəkistana panel ixrac edərdiniz, aradakı ticarət fərqi də daha az olardı.

# 3064 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda “Uşaq dünyası” Beynəlxalq Musiqi Festivalı təşkil olunacaq

Bakıda “Uşaq dünyası” Beynəlxalq Musiqi Festivalı təşkil olunacaq

17:49 25 may 2026
Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçildi

Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçildi

16:50 25 may 2026
"Qaraçı qızı" mozaikasının daha bir itkin parçası aşkarlandı

"Qaraçı qızı" mozaikasının daha bir itkin parçası aşkarlandı

16:44 25 may 2026
İspaniyada  17-ci əsrə aid unikal tablolar tapıldı

İspaniyada 17-ci əsrə aid unikal tablolar tapıldı

16:00 25 may 2026
Serenay Sarıkaya saxlanıldı

Serenay Sarıkaya saxlanıldı

14:01 25 may 2026
İnsanın xatırlamadığı şey onun üçün mövcud deyil... - Məşhur amerikalı yazıçıdan sitatlar

İnsanın xatırlamadığı şey onun üçün mövcud deyil... - Məşhur amerikalı yazıçıdan sitatlar

14:00 25 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər