"Kişilərin niyyətləri nə qədər xeyirxah olsa da..." - İngilis feminist yazıçıdan sitatlar

"Kişilərin niyyətləri nə qədər xeyirxah olsa da..." - İngilis feminist yazıçıdan sitatlar
11 iyun 2026
# 11:00

Bu gün ingilis siyasi lideri, yazıçı və feminist Millisent Qarret Fosettin doğum günüdür.

Kulis.az onun həyatı və yaradıcılığı haqqında materialı təqdim edir.

Millisent Qarret Fosett ingilis siyasi lideri, fəal, yazıçı və feminist hərəkatının rəmzi simalarından biri olmuşdur.

O, 1897-ci ildən 1919-cu ilə qədər Böyük Britaniyanın ən böyük qadın hüquqları təşkilatı olan Qadınların Seçki Hüququ Cəmiyyətlərinin Milli Birliyinə (NUWSS) rəhbərlik etmiş və 1928-ci ildə qadınların ümumi seçki hüququ qazanması ilə nəticələnən uğurlu kampaniyada həlledici rol oynamışdır. Fosett həmçinin qadınların ali təhsil imkanlarını genişləndirməyə çalışmış, Londondakı Bedford Kollecinin idarə heyətinin üzvü və Kembricdəki Nyunhem Kollecinin həmtəsisçisi kimi fəaliyyət göstərmişdir. 2018-ci ildə – "Xalqın Nümayəndəliyi Haqqında Akt"ın qəbul edilməsindən 100 il sonra – Fosett parlament meydanında heykəli ucaldılan ilk qadın kimi tarixə düşmüşdür.

Millisent, eyni zamanda, 1904-cü ildə Beynəlxalq Qadınların Seçki Hüququ Alyansının (IWSA) həmtəsisçilərindən biri olub.

Məktublar və broşürlər yazır, petisiyalar təşkil edir və komitələrə sədrlik edirdi. O, dinc kampaniyaların tərəfdarı idi, çünki siyasətçilərin qanunlara tabe olan qadınlara daha çox hörmətlə yanaşacağına inanırdı. Fəhlə sinfindən olan qadınların da hərəkata qoşula bilməsi üçün ödənişsiz qruplar yaratdı. Bununla da, tarixdə ilk dəfə olaraq müxtəlif təbəqələrdən olan qadınlar vahid bir amal ətrafında birləşdilər və 1913-cü ilə qədər NUWSS-in üzvlərinin sayı 50000-ə çatdı.

O, 1924-cü ildə "Deym" (Britaniya imperiya ordeninin qadınlara verilən ali titulu) rütbəsinə layiq görülmüş, 1953-cü ildə isə London Qadınların Seçki Hüququ Cəmiyyətinin adı dəyişdirilərək "Fosett Cəmiyyəti" adlandırılmışdır. Bu xeyriyyə təşkilatı bu gün də qadın hüquqları uğrunda mübarizəsini davam etdirərək onun xatirəsini yaşadır.

Fosettin ən məşhur sitatları bunlardır:


Cəsarət hər yerdə cəsarəti səsləyir və onun səsini boğmaq qeyri-mümkündür.

***

Yoxsul təbəqə arasında adət olunmuş həyat standartlarının və rifahın ümumi şəkildə yüksəldilməsi qədər əhalinin həddindən artıq artmasının qarşısını effektiv alan ikinci bir amil yoxdur. Əgər onlar daha rahat bir həyat tərzinə öyrəşsələr, yenidən ondan aşağı səviyyəyə enməmək üçün bütün güclərini səfərbər edəcəklər.

***

Kişilərin niyyətləri nə qədər xeyirxah olsa da, onlar qadınların nə istədiyini və qadın ömrünün ehtiyaclarına nəyin uyğun olduğunu qadınların özləri qədər yaxşı bilə bilməzlər.

***

Evləri, kilsələri, poçt qutularını yandırmağın və qiymətli rəsmləri məhv etməyin qadınların seçki hüququ qazanmalı olduğuna insanları inandırmağa kömək etdiyini heç vaxt qəbul edə bilmərəm.

***

Kişiləri və qadınları bir-birinə bağlayan tellər, onları bir-birindən ayıran qəddarlıq və zülmdən daha güclüdür.

***

Mən liberalam, çünki liberalizm xalqa inam, insanların öz işlərini başqalarından daha yaxşı idarə edəcəyinə bəslənilən etimad deməkdir.

***

Pul ilə sərvəti bir-birinə qarışdırıb səhvə yol verən insanlara bəraət qazandırmaq olar. Onlar da bir çoxları kimi rəmzi (işarəni), o rəmzin ifadə etdiyi həqiqi mahiyyətin özü hesab ediblər.

***

Bu gün qızların və qadınların təhsilini təkmilləşdirmək üçün göstərilən böyük səylərin əsas səbəbi həm də qadınların siyasi hüquqlardan məhrum edilməsi statusunun artıq qorunub saxlanıla bilməyəcəyinə olan qəti inamdır.

***

Tam səmimi deyə bilərəm ki, əgər bu an mənə öləcəyimi söyləsələr, ağlıma gələn birinci yox, ikinci yox, mütləq üçüncü fikir bu olardı: "Mən İtaliyanı bir daha heç vaxt görməyəcəyəm".

# 635 dəfə oxunub

Oxşar xəbərlər

Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət etdi

Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət etdi

14:45 12 sentyabr 2026
Yeni həşərat cinsinə Teylor Sviftin adı verildi

Yeni həşərat cinsinə Teylor Sviftin adı verildi

13:30 12 sentyabr 2026
Məşhur müğənni beynindən əməliyyat olundu

Məşhur müğənni beynindən əməliyyat olundu

13:00 12 sentyabr 2026
Elmi-kütləvi serial “Netflix”də yayımlanacaq

Elmi-kütləvi serial “Netflix”də yayımlanacaq

12:30 12 sentyabr 2026
Hikmət Hacıyev: "İşğal illərində tarixi abidələr “bərpa” adı altında xarici müdaxilələrə məruz qalıb"

Hikmət Hacıyev: "İşğal illərində tarixi abidələr “bərpa” adı altında xarici müdaxilələrə məruz qalıb"

11:53 12 sentyabr 2026
Cem Yılmaz əsa ilə yeriyəcək - Əməliyyatdan sonra

Cem Yılmaz əsa ilə yeriyəcək - Əməliyyatdan sonra

11:30 12 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər