Kino-xəbər saytı fəaliyyətə başladı

Kino-xəbər saytı fəaliyyətə başladı
10 yanvar 2024
# 12:09

Gənc Film İstehsalçıları Assosiasiyasının təsis etdiyi kino-xəbər saytı – "Kinoinfo.az" fəaliyyətə başlayıb.

Kulis.az xəbər verir ki, sayt ilk növbədə kino peşəkarlarına ünvanlanıb.

Assosiasiyanın sədri Əli İsa Cabbarov bu sahədə fəaliyyət göstərən insanların ümumi kino mühitindən və bir-birindən xəbərsiz olduqlarını bildirir. Bu problem kino bazarının inkişafına mane olur, ümumi vəziyyət haqqında səhv təsəvvür yaradır. Saytın “Qovluqda”, “Meydanda”, “Ekranda” bölümləri ölkəmizdə kino istehsalının hər üç mərhələsində baş verən yeniliklər haqda oxucuları məlumatlandıracaq.

Saytın əsas hədəflərindən biri iş adamlarını yerli kino istehsalı haqda məlumatlandırmaq və onları kinoya investisiya qoymağa sövq etməkdir. İş adamlarımız bir qayda olaraq kino kimi potensial gəlirli sahədə baş verən proseslərdən xəbərsiz olur. Bu məqsədlə saytın məqalələrində kinonun iqtisadi aspektinə, statistikaya, kinoya aid maliyyə xəbərlərinə geniş yer ayrılacaq.

Azərbaycan kinosu ilə yanaşı, qonşu ölkələrin ən mühüm kino xəbərləri də saytda yer alacaq. Məqsəd, region kinosunda baş verən prosesləri kino ictimaiyyətinə çatdırmaqdır.

Sayt Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) maliyyə dəstəyilə fəaliyyətə başlayıb. Assosiasiyanın sədri Əli İsa Cabbarov bildirib ki: “Kino Agentliyinin dəstəyi olmadan saytı yaratmaq çətin olardı. Minnətdarlıqla qeyd edim ki, saytın ideyasını Agentliyin baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğluna deyən kimi dəstəklədi və biz fəaliyyətə başladıq”.

Azərbaycan Kinematoqrafçılar İttifaqı sayta təşkilati dəstək göstərib. Saytın redaktoru, jurnalist, ssenarist Ramil Ələkbərov, layihənin rəhbəri Əli İsa Cabbarovdur.

# 1891 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər