Kino saytı yaradıldı - Azərbaycanda ilk

Kino saytı yaradıldı - Azərbaycanda ilk
14 iyun 2022
# 17:40

Azərbaycan Kinematoqrafçılar İttifaqı kinoşünaslar və kinoyazarlar üçün yeni sayt təsis edib.

Kulis.az “Kinoyazar.az” adını almış yeni saytda Sevda Sultanova, Aygün Aslanlı, Aliyə Dadaşova, Hacı Səfərov və s. kinoyazarların məqalələri yer alıb.

Saytda yerli müasir kinonun problemləri ilə yanaşı, dünya kinosunun da ekran nümunələrinin müzakirə və tənqidi yer alacaq. “Kinoyazar.az” saytı məşhur amerikalı dramaturq və ssenarist Kristofer Voqlerin “Qəhrəmanın səyahəti” adlı sxeminə əsasən hazırlanıb.

“Çağırış”, “Çağırışın rəddi”, “Təmas”, “Yaxınlaşma”, “Sınaq”, “Mükafat”, “Yenidən doğulma” adlı kateqoriyalara bölünmüş saytda istifadəçilər həm də yerli rejissor və müəlliflərin ssenariləri ilə də tanış ola biləcəklər.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarovun bildirib ki, təşkilat olaraq kinoşünas kadrların hazırlanması və kino təbıiğatı işini mühüm sayırıq.

Bu səbəbdən periodik film nümayişləri ilə yanaşı kino tənqidi üzrə istiqamətlənmiş saytın yaranmasını vacib saydı Azərbaycan Kinematoqrafçılar İttifaqı kino yaradıcılığı üzrə virtual resursların artması işini davam edəcək.

# 4504 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyədə İstanbul Saat Festivalı  keçiriləcək

Türkiyədə İstanbul Saat Festivalı keçiriləcək

13:00 29 sentyabr 2026
Xalq artisti Fəxrəddin Dadaşov:  "Alim Qasımov indi özü üçün dilxoşluq edir..." - Müsahibə

Xalq artisti Fəxrəddin Dadaşov: "Alim Qasımov indi özü üçün dilxoşluq edir..." - Müsahibə

12:40 29 sentyabr 2026
Məşhur serial ekranlara qayıdır – Tommi Şelbi olmayacaq?

Məşhur serial ekranlara qayıdır – Tommi Şelbi olmayacaq?

12:30 29 sentyabr 2026
Yeni il gecəsi evində təkbaşına ölən dahi – O, niyə hamıdan üz döndərmişdi?

Yeni il gecəsi evində təkbaşına ölən dahi – O, niyə hamıdan üz döndərmişdi?

12:00 29 sentyabr 2026
Van gölünün dərinliklərində qədim tikili aşkarlandı

Van gölünün dərinliklərində qədim tikili aşkarlandı

11:00 29 sentyabr 2026
Romada “Harmoniya”  sənədli filminin təqdimatı oldu

Romada “Harmoniya” sənədli filminin təqdimatı oldu

10:30 29 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər