Kino Agentliyinin yeni baş direktoru kimdir?

Kino Agentliyinin yeni  baş direktoru kimdir?
30 aprel 2025
# 14:04

Rəşad Əzizov Azərbaycan Respublikası Kino Agentliyinə baş direktor təyin olunub.

Kulis.az xəbər verir ki, Mədəniyyət naziri Adil Kərimli bununla bağlı müvafiq əmr imzalayıb.

Rəşad Əzizov 1980-ci ildə Bakı şəhərində anadan olub. 1996-2002 ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində bakalavr və magistr, 2003-ci ildən isə Sankt Peterburq Dövlət Universitetndə aspirantura və doktorantura pillələri bititrib. 2017-ci ildə “İnternet şəbəkəsində hüquqi tənzimləmə: müqayisəli və tarixi-hüquqi tətqiqat” mövzusuda elmi işi müdafiə edərək hüquq elmləri doktoru elmi dərəcəsini alıb.

2022-23 illərdə - Milan Politexnik Universitetində - Dövlət qulluğunda süni zəkanın istifadəsi üzrə magistr dərəcəsi alıb.

İnformasiya və rəqəmsal inkişaf sahələri üzrə elmi araşdırmalar aparan R.Əzizov iki 6 kitab, 2 monoqrafiya, ölkəmizdə və xaricdə elmi jurnallarda dərc olunmuş 30-dan çox məqalənin müəllifidir.

Rəşad Əzizov bir sıra dövlət qurumlarında müxtəlif vəzifələrdə çalışıb, 20 ildən artıq dövlət qulluğu stajı var. 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

# 349 dəfə oxunub

Oxşar xəbərlər

Bəs siz bu romanları oxumusunuz? - Dünyanın ən çətin oxunan 5 romanı

Bəs siz bu romanları oxumusunuz? - Dünyanın ən çətin oxunan 5 romanı

18:10 30 aprel 2025
Fotoqraf model sevgilisini boğub öldürdü

Fotoqraf model sevgilisini boğub öldürdü

17:41 30 aprel 2025
“Welcome to Azerbaijan”  kitabının təqdimatı oldu

“Welcome to Azerbaijan” kitabının təqdimatı oldu

17:00 30 aprel 2025
Vaqif Bəhmənli ilə görüş keçiriləcək

Vaqif Bəhmənli ilə görüş keçiriləcək

16:35 30 aprel 2025
"Dallas"ın ulduzu vəfat etdi

"Dallas"ın ulduzu vəfat etdi

15:58 30 aprel 2025
"Bu şeirin Şəhriyara heç bir aidiyyəti yoxdur..." - “Heydərbabaya salam” necə yazıldı?  - FOTO

"Bu şeirin Şəhriyara heç bir aidiyyəti yoxdur..." - “Heydərbabaya salam” necə yazıldı? - FOTO

15:00 30 aprel 2025
#
#
# # #