“Kapitan və Xəzər dənizi” tarixi-sənədli filminin premyerası oldu

“Kapitan və Xəzər dənizi”  tarixi-sənədli filminin premyerası oldu
20 yanvar 2026
# 12:32

Nizami Kino Mərkəzində “Kapitan və Xəzər dənizi” qısametrajlı tarixi-sənədli animasiya filminin premyerası olub.

Kulis.az xəbər verir ki, tədbirdə əvvəlcə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Animasiya və arxiv materiallarının hibrid işlənməsi ilə ərsəyə gələn film 1990-cı ilin 20 Yanvar gecəsi baş verən ümumxalq faciəsinə həsr olunub.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova qeyd edib ki, ekran əsəri Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyi tərəfindən 2023-cü ildə keçirilən “Dövlət sifarişi və dəstəyi ilə istehsal olunan film layihələrinə dəstək müsabiqəsi”nin qalib layihələrindəndir.

Nazir müavini 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən faciənin ağrı-acıları barədə dəqiq faktları diqqətə çatdırıb: “Faciə nəticəsində 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib, yüzlərlə insan isə itkin düşüb. 20 Yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb”,- deyə S.Yusifova əlavə edib.

O, milli tarixi faktların senzurasız şəkildə gələcək nəsillərin yaddaşına köçürülməsinin son dərəcə vacib olduğunu vurğulayıb. Nazir müavini söyləyib ki, faciələrin cəmiyyət tərəfindən düzgün dərk edilməsi mühümdür.

Film Fondunun direktoru Cəmil Quliyev sənət adamlarının bu faciəyə yanaşmalarından söhbət açıb: “Tarixi faciənin bədii salnaməsi “Azadlığa gedən yollar”, “Şəhidlərdən şəhidlərə”, “Matəm”, “Qanlı Yanvar” kimi filmlər hesab olunur. Təqdim olunan yeni ekran işi də bu mövzuda çəkilib. Film Xəzər Dənizi Neft Donanması kapitanlarının, eləcə də həmin tarixi hadisələri həyatlarını riskə ataraq lentə alan jurnalist və operatorların göstərdiyi qəhrəmanlıq, peşəkarlıq və vətəndaşlıq mövqeyindən bəhs edir. Tarixi faktlara əsaslanan ekran işi yaddaşın qorunması və həmin gecə baş verənlərin gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır”.

Daha sonra qonaqlar filmi izləyiblər.

Animasiya hissəsi “Harmony of Chaos” studiyasında hazırlanan filmə “Current Time” TV, İctimai TV və Azərbaycan Kinematoqrafçılar İttifaqı da dəstək göstərib. “Rental Azərbaycan” MMC tərəfindən istehsal olunan filmin rejissoru və ssenari müəllifi Türkan Hüseyn, prodüseri Emil Nəcəfovdur.

# 1030 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər