Kanye Uest təcavüzdə günahlandırılır

Kanye Uest təcavüzdə günahlandırılır
14 oktyabr 2024
# 10:04

Məşhur reper P.Diddi cinayyəti ilə bağlı hər gün yeni bir məlumat dərc edilir.

Kulis.az xəbər verir ki, bundan əvvəl Kanye Uestin həmkarının qaranlıq işlərində iştirak etmədiyi güman olunurdu.

Bu dəfə isə fərqli məlumat yayılıb. Kanyenin keçmiş köməkçisi Lauren Piskiotta P.Diddinin emalatxanasında parti zamanı ona təcavüz etdiyini deyib. Bu barədə “Daily Mail” tabloid məhkəmə sənədlərinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, Uest və Piskiotta 2021-2022-ci illərdə birlikdə çalışıblar və ilk dəfə 2020-ci ildə P.Diddinin studiyasında tanış olublar. Qız ora həmin vaxt əməkdaşlıq etdiyi başqa musiqiçi ilə gəldiyini iddia edib. Həmin gün axşam o, Kanyeni n onu spirtli içki içməyə məcbur etdiyini, bundan sonra huşunu itirdiyini deyib.

Ertəsi gün səhər Lauren heç nə xatırlamayıb. 2022-ci ilin payızında, Kanye ilə əməkdaşlığının ən sonunda həqiqəti öyrənib. Məhkəmə sənədlərinə görə, Uest Kim Kardaşyanın onun Piskiotta ilə münasibətdə olduğundan şübhələnməsinə qəzəblənib. Lauren reperin keçmiş həyat yoldaşına yazacağını və aralarında heç bir şey olmadığını izah edəcəyini vəd edəndə Kanye inanmayıb. O, qızı hğmin gecə lentə aldığı video ilə şantaj edib.

# 1024 dəfə oxunub

Oxşar xəbərlər

Müğənni Rəqsanənin ev dustaqlığına buraxılması barədə vəsatətə baxılır

Müğənni Rəqsanənin ev dustaqlığına buraxılması barədə vəsatətə baxılır

17:35 19 noyabr 2025
"Avroviziya" iştirakçısı olan əkiz bacılar intihar etdilər

"Avroviziya" iştirakçısı olan əkiz bacılar intihar etdilər

16:53 19 noyabr 2025
ATV-nin keçmiş rəhbərinə 6 il həbs verildi

ATV-nin keçmiş rəhbərinə 6 il həbs verildi

16:37 19 noyabr 2025
Xalq artisti Roza Cəlilova dəfn olundu

Xalq artisti Roza Cəlilova dəfn olundu

16:35 19 noyabr 2025
Bakıda tanınmış özbək rəssamın sərgisi açıldı

Bakıda tanınmış özbək rəssamın sərgisi açıldı

15:46 19 noyabr 2025
Münhendə Azərbaycan musiqiçilərinin əsərləri təqdim olunub

Münhendə Azərbaycan musiqiçilərinin əsərləri təqdim olunub

15:03 19 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər