"Sevgi qorxunu qovur, minnətdarlıq isə qürura qalib gələ bilir..." - Luiza Mey Alkottun "Balaca qadınlar"ından sitatlar

"Sevgi qorxunu qovur, minnətdarlıq isə qürura qalib gələ bilir..." - Luiza Mey Alkottun  "Balaca qadınlar"ından sitatlar
29 noyabr 2026
# 10:00

Bu gün tanınmış ABŞ yazıçısı Luiza Mey Alkottun doğum günüdür.

Kulis.az onun "Balaca qadınlar" əsərindən sitatları Aydan Ağayevanın tərcüməsində təqdim edir.

Mən fırtınalardan qorxmuram, çünki gəmimi necə idarə etməyi öyrənirəm.

*

Mən mənası olan gözəl, güclü sözləri sevirəm...

*

Dünyada çoxlu Betlər var, utancaq və sakitdirlər, onlara ehtiyac duyulana qədər kənarda oturar və başqaları üçün o qədər şən yaşayarlar ki, ocaq başındakı kiçik cırcırama cırıldamağı kəsənə və o şirin, günəşli varlıq yox olub arxasında səssizlik və kölgə buraxana qədər heç kim onların fədakarlıqlarını görməz.

*

Elə indi təriflərdənsə qəhvə içməyə üstünlük verərdim.

*

Qadınların təkcə ürəkləri deyil, həm də ağılları və ruhları var. Onların təkcə gözəllikləri deyil, həm də iddiaları və istedadları var. İnsanların qadının yalnız sevgiyə layiq olduğunu deməsindən o qədər bezmişəm ki...

*
Xəyalımdakı qəsrin açarı məndədir, amma qapını aça biləcəyim hələ məlum deyil.

İstəyirsənsə, bütün ömrün boyu Conu sev, amma bunun səni məhv etməsinə imkan vermə, çünki istədiyin tək şeyi əldə edə bilmədiyin üçün bu qədər gözəl nemətləri əldən vermək günahdır.

*

Mən möhtəşəm bir iş görmək istəyirəm... Öləndən sonra da unudulmayacaq qəhrəmancasına və ya heyrətamiz bir şey. Bunun nə olduğunu bilmirəm, amma fürsət gözləyirəm və bir gün hamınızı heyran qoymaq niyyətindəyəm.

*

Məni vaxtından əvvəl böyütməyə çalışmayın...

*

Ya zərif olaq, ya da ölək!

*

...Çünki sevgi qorxunu qovur, minnətdarlıq isə qürura qalib gələ bilir.

*

İş və əyləncə üçün müntəzəm saatların olsun, hər gününü həm faydalı, həm də xoş keçir və vaxtdan yaxşı istifadə edərək onun dəyərini bildiyini sübut et. O zaman gənclik az peşmanlıq gətirəcək və həyat gözəl bir uğura çevriləcək.

*

Sevgiyə layiq ol, sevgi özü gələcək.

*

Onların alçaq olması mənim də elə olmağım üçün səbəb deyil. Belə şeylərə nifrət edirəm və inciməyə haqqım olduğunu düşünsəm də, bunu büruzə vermək niyyətində deyiləm.

*

Təsəlli tap, əziz ruh! Buludların arxasında həmişə işıq var.

*

Mən müdrik olduğumu iddia etmirəm, amma müşahidəçiyəm və təsəvvür etdiyinizdən daha çox şey görürəm. Başqa insanların təcrübələri və ziddiyyətləri ilə maraqlanıram və izah edə bilməsəm də, onları yadda saxlayıb öz xeyrimə istifadə edirəm.

Təkəbbür ən gözəl dahiliyi belə korlayır.

*

Kaş ürəyim olmayaydı, o qədər ağrıyır ki...

*

Həm həyat, həm də sevgi tam çiçəkləndiyi vaxt çox qiymətli olur.

*

Qızlar o qədər qəribədirlər ki, nə demək istədiklərini heç vaxt bilmirsən. "Hə" demək istəyəndə "yox" deyirlər və sadəcə əylənmək üçün kişini ağlından edirlər.

*

Çılğın xasiyyəti, acı dili və narahat ruhu onu həmişə çətin vəziyyətlərə salırdı və həyatı həm gülməli, həm də acınacaqlı olan eniş-yoxuşlardan ibarət idi.

*

Ən sadə işlər belə sevən əllərlə görüldükdə gözəlləşir.

*

Arada bir bu adi, gündəlik dünyada işlər nağıllardakı kimi xoş bir tərzdə baş verir və bu necə də böyük təsəllidir.

...O gedib aşiq olacaq və bununla da hüzurun, əyləncənin və birlikdə keçirdiyimiz səmimi vaxtların sonu gələcək.

*

Sən dəhşətli dərəcədə tənbəlləşmisən, qeybəti xoşlayırsan və vaxtını boş şeylərə sərf edirsən, müdrik insanlar tərəfindən sevilib hörmət edilmək əvəzinə, axmaq insanlar tərəfindən əzizlənməyə və heyran olunmağa razı olursan.

*

Sən şabalıd qabığı kimisən, çölün tikanlı, için isə ipək kimi yumşaqdır. Əgər kimsə ona çata bilsə, içində şirin bir ləpəsi var. Sevgi bir gün sənə ürəyini göstərəcək və o zaman o cod qabıq düşəcək...

# 45 dəfə oxunub

Oxşar xəbərlər

Naməlum qadının məktubu - Stefan Sveyqin hekayəsi

Naməlum qadının məktubu - Stefan Sveyqin hekayəsi

14:00 28 noyabr 2026
"Doqquz ay keçmişdi, amma evdəki təzə beşik boş yırğalanırdı..." - Fərqanə Səfərli

"Doqquz ay keçmişdi, amma evdəki təzə beşik boş yırğalanırdı..." - Fərqanə Səfərli

10:00 28 noyabr 2026
Sarı işıqlar altında - Şahin Səmədovun hekayəsi

Sarı işıqlar altında - Şahin Səmədovun hekayəsi

16:14 27 noyabr 2026
"Heç vaxt tam mənası ilə evə qayıda bilməzsən..." - "Ailədə bir ölüm" əsərindən bir hissə

"Heç vaxt tam mənası ilə evə qayıda bilməzsən..." - "Ailədə bir ölüm" əsərindən bir hissə

16:12 27 noyabr 2026
"Həyat - divarları güzgülərdən ibarət təkadamlıq kameradır..." - Yucin O'Nilin sitatları

"Həyat - divarları güzgülərdən ibarət təkadamlıq kameradır..." - Yucin O'Nilin sitatları

14:30 27 noyabr 2026
Çətir - Həcərin hekayəsi

Çətir - Həcərin hekayəsi

11:00 27 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər