Kann Film Festivalı ilin ən yaxşı filminin aktrisasını mükafatlandırdı

Kann Film Festivalı ilin ən yaxşı filminin aktrisasını mükafatlandırdı
7 aprel 2023
# 17:46

“Hər şey hər yerdə bir anda filmi” Oskar qazandıqdan sonra mükafat toplamaqda davam edir.

Kulis.az xəbər verir ki, bu dəfə bir çox mükafat mərasimlərinə damğasını vuran ilin ən çox danışılan filminin baş rol ifaçısı Mişel Yeoh Kann Film Festivalı tərəfindən "Kinoda Qadın" mükafatına layiq görülüb.

Yeohdan əvvəlki illərdə sözügedən mükafatı Ceyn Fonda, Geena Davis, Susan Sarandon, İzabelle Huppert, Patty Jenkins, Gong Li, Salma Hayek və Viola Davis alıb.

Məşhur aktrisa festival komitəsinin elan etdiyi mükafatını mayın 16-da başlayacaq festivalda alacaq.

Qeyd edək ki, Kann Film Festivalı 2015-ci ildən kinoya töhfə verən qadınları mükafatlandırmaq üçün “Kinoda qadın” mükafatını təqdim edir.


# 2219 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər