Kamal Abdullanın “Heydər Əliyev və multikultural təhlükəsizlik” kitabı işıq üzü gördü

Kamal Abdullanın “Heydər Əliyev və multikultural təhlükəsizlik”  kitabı işıq üzü gördü
28 dekabr 2023
# 18:20

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Heydər Əliyev və multikultural təhlükəsizlik” kitabı işıq üzü görüb.

Kulis.az-ın məlumatına görə, kitabın annotasiyasında qeyd olunub ki, dövlətin milli təhlükəsizlik sisteminə bir sıra komponentlər daxildir. İqtisadi təhlükəsizlik, qida təhlükəsizliyi, enerji təhlükəsizliyi, nəqliyyat təhlükəsizliyi, ekoloji təhlükəsizlik və s. hər biri dövlətin yaşaması üçün vacib şərtlərdir. Həmin siyasətin tərkib hissələrindən biri kimi mənəvi, ideoloji işin aparıcı amillərindən hesab edilən multikultural dəyərlərin qorunmasını və bunun əsasında formalaşan multikultural təhlükəsizlik sistemini də bu konsepsiyaya bir komponent kimi əlavə etmək olar. Ölkə başqa sahələrdə öz milli təhlükəsizliyini təmin etdiyi kimi, multikultural təhlükəsizliyini də yaratmalıdır. Azərbaycanda dövlət siyasətinin bu əhəmiyyətli, vacib sahəsinin formalaşdırılması Heydər Əliyevin siyasi tərcümeyi-halına daxildir.

XI fəsildən ibarət olan kitabın “Multikultural təhlükəsizlik konsepsiyası Azərbaycanın dövlət siyasətidir” adlı I fəslində akademik Kamal Abdulla yazır:

“Müasir dövrdə Heydər Əliyev idealları etibarlı, münbit zəmində inkişaf etdirilir. Bunun müəllifi onun siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti, qalib Ali Baş Komandan İlham Əliyevdir. Ulu Öndərin ideyalarını və irsini mükəmməl mənimsəyən, onların həyata keçirilməsində yeni-yeni uğurlar qazanan İlham Əliyev çağdaş zamanımızda multikultural dəyərlərin himayəçisi kimi çıxış edir. Azsaylı xalqların, dini konfessiyaların hüquqlarının qorunmasında, mədəni müxtəlifliyin saxlanılmasında, Azərbaycanın multikultural həqiqətlərinin qlobal miqyasda təqdimində Prezident İlham Əliyevin cahanşümül fəaliyyəti göz önündədir.

Ulu Öndərin fasiləsiz titanik fəaliyyəti getdikcə daha çox bəhrə verir, Azərbaycanın inkişaf və tərəqqisinə əvəzsiz xidmətlərini göstərir. Onun ideya və fikirləri bu gün də yolgöstərəndir, respublikanın yüksəliş və inkişafı yolunda sönməz bir mayakdır”.

“Sim-sim” nəşriyyatı tərəfindən işıq üzü görən yeni nəşrin elmi redaktorları ADU-nun Multikulturalizm mərkəzinin müdiri Loğman Əliyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Rəşad İlyasov, korrektor Şəlalə Nəqşanidir.

Kitabda həmçinin Rəcəb Tayyib Ərdoğanın, Vladimir Putinin, Corc Buşun, Toni Bleyerin, Gerhard Şröderin Ulu öndər Heydər Əliyevlə bağlı fikirləri də öz əksini tapıb.

# 1834 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər