İsraildə “Qürbətdən vətən sədaları: İsrail-Azərbaycan” adlı tədbir keçirilib

İsraildə “Qürbətdən vətən sədaları: İsrail-Azərbaycan”  adlı tədbir keçirilib
3 fevral 2020
# 13:48

İsrailin Təl-Əviv şəhərində yerləşən Rusiya Mədəniyyət Mərkəzində “Qürbətdən vətən sədaları: İsrail-Azərbaycan” layihəsi çərçivəsində tədbir keçirilib.

Kulis.az xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı A. Aqarunovun xatirəsinə həsr olunmuş tədbir Azərbaycan Gənclər Fondu, “Mədəni Əlaqələrin İnkişafına Dəstək” İB və “AZİZ” Beynəlxalq İsrail-Azərbaycan Assosiasiyasının birgə təşkilatçılığı ilə reallaşıb.

Layihə İsraildə yaşayan azərbaycanlı gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsi, həmçinin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə təşkil olunub.

Təbirin rəsmi hissəsində “AZİZ” Assosiasiyasının nümayiəndəsi Yana Salman, AGF gənclərlə iş şöbəsinin müdiri Orxan Ərəbov, layihə rəhbəri İlahə İsrafilova, rejissor Səadət Şükürova tədbirin əhəmiyyəti haqqında çıxış ediblər.

Tədbirin bədii hissəsi Xalq artisti Zümrüd Məmmədova, beynəlxalq müsabiqələr laureatları Fəqan Həsənli (piano), Neymət Mürsəlov (tar), İlahə İsrafilova (bəstəkar) və İsraildə təhsil alan azərbaycanlı peşəkar skripkaçılar Zərifə Alxazova və Qəmər Kərimlinin iştirakı ilə davam edib.

Konsertdə Ü. Hacıbəyli, V. Adıgözəlov, Q. Qarayev, F. Əlizadə, İ.İsrafilova, K. Əkbərov, A. Əzizova əsərləri ilə yanaşı, xarici klassik bəstəkarların yaradıcılığına da müraciət olunub. Konsert proqramı maraqla qarşılanıb.

Qeyd edək ki, sözügedən layihənin rəhbəri gənc bəstəkar İlahə İsrafilovadır.

# 1119 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan kinosunun Qəmlosu -  Şöhrətin arxasındakı kədər

Azərbaycan kinosunun Qəmlosu - Şöhrətin arxasındakı kədər

12:00 7 iyun 2026
Van Qoqun dostu, Taiti gözəllərinin vurğunu – Pol Qogen kim idi?

Van Qoqun dostu, Taiti gözəllərinin vurğunu – Pol Qogen kim idi?

11:00 7 iyun 2026
"Həddindən artıq gerçək!" - Papanın rəsmini çəkən dahi

"Həddindən artıq gerçək!" - Papanın rəsmini çəkən dahi

14:09 6 iyun 2026
Dünyaya təqdim olunan 50 sovet şairi arasında Səməd Vurğun niyə yoxdur?

Dünyaya təqdim olunan 50 sovet şairi arasında Səməd Vurğun niyə yoxdur?

12:51 6 iyun 2026
Bakıda ABŞ məzunları sərgisi təşkil edildi

Bakıda ABŞ məzunları sərgisi təşkil edildi

12:27 6 iyun 2026
Elçin Şamillinin “Katarsis”  sərgisi açıldı

Elçin Şamillinin “Katarsis” sərgisi açıldı

11:41 6 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər