İsmayıl bəy Qutqaşınlı haqqında silsilə materiallar hazırlandı

İsmayıl bəy Qutqaşınlı haqqında silsilə materiallar hazırlandı
27 yanvar 2026
# 15:00

Bu gün görkəmli ədib, böyük maarifçi Müqəddəs Georgi ordenini qazanan ilk azərbaycanlı general-mayor İsmayıl bəy Qutqaşınlının anadan olmasının 220 illiyi tamam olur.

Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında silsilə materiallar – “Ədəbiyyat tariximizdə parlaq imza: İsmayıl bəy Qutqaşınlı – 220” adlı biblioqrafik icmal və “Bir yurda fəxarət” adlı videomaterial hazırlanıb.

Kulis.az xəbər verir ki, materiallarda İsmayıl bəy Qutqaşınlının Azərbaycan ədəbiyyatına müasir nəsr, hekayə janrını gətirən yazıçı olmasından, iki dəfə müqəddəs Həcc ziyarətində olan ədibin bu səyahəti ilə əlaqədar "Səfərnamə" adlı yol qeydlərini yazmasından, yaradıcılığının şah əsəri olan "Rəşid bəy və Səadət xanım" hekayəsindən bəhs olunur.

Azərbaycan ədəbiyyatında və ictimai fikir tarixində mühüm mövqeyə malik İsmayıl bəy Qutqaşınlının ədəbi irsinin təbliği məqsədilə hazırlanan materiallarda ədibin həyat və yaradıcılığının əsas tarixləri, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri fikirlər, “Tarixdə iz buraxanlar: İsmayıl Bəy Qutqaşınlı” və “Ədəbiyyat tariximizdə parlaq imza” adlı məqalələrin tam mətni təqdim edilir. Kitabxananın rəsmi saytında yerləşdirilən biblioqrafik icmalda İsmayıl bəyin müəllifi olduğu və onun haqqında qələmə alınan kitabların biblioqrafik təsviri, qısa annotasiyası və dövri mətbuat məqalələrinin siyahısı yer alır.

“Bir yurda fəxarət” adlı videomaterialda İsmayıl bəy Qutqaşınlının ədəbi yaradıcılığı ilə yanaşı parlaq hərbi fəaliyyətindən də bəhs edilir, onun Rusiya imperator ordusunun general-mayoru və Müqəddəs Georgi ordenini qazanan ilk azərbaycanlı olması qeyd edilir.

Material kitabxananın rəsmi saytında yerləşdirilib.

# 1113 dəfə oxunub

Oxşar xəbərlər

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

16:36 11 iyul 2026
Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

14:28 11 iyul 2026
Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

14:00 11 iyul 2026
Məşhur aktyor zorlama ittihamından bəraət aldı

Məşhur aktyor zorlama ittihamından bəraət aldı

12:43 11 iyul 2026
Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

12:00 11 iyul 2026
Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

11:00 11 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər