“İrs/Erbe” jurnalının yeni nömrəsi çap olundu

“İrs/Erbe” jurnalının yeni nömrəsi çap olundu
15 dekabr 2023
# 10:16

“İrs/Erbe” jurnalının yeni nömrəsi çap olunub.

Kulis.az xəbər verir ki, jurnalın yeni nömrəsi “Azərbaycan haqqında həqiqəti bilmək” sərlövhəli giriş yazısı ilə açılır.

Alman publisisti Urs Unknaufun Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş məqaləsi isə alman oxucularına Ulu Öndərin həyat və fəaliyyəti haqqında geniş məlumat verir. Müəllif Heydər Əliyevin sovet dövründə Azərbaycanı inkişaf etdirməsi, sonradan SSRİ rəhbərlərindən biri olması və Qarabağ separatizminin yalnız onun vəzifədən çıxmasından sonra geniş vüsət almasından da bəhs edir. O qeyd edir ki, məhz 1993-c ü ilin iyununda Heydər Əliyevin yenidən Azərbaycana rəhbərlik etməsi ölkəyə sabitlik gətirdi və onu fəlakətdən qurtardı. Ümummilli Liderin olduqca düşünülmüş və uzaqgörən iqtisadi-siyasi strategiyasını davam etdirən prezident İlham Əliyevin effektiv rəhbərliyi isə Azərbaycanın illər sonra yenidən çiçəklənməsinə və İkinci Qarabağ müharibəsində qəti qələbəsinə gətirib çıxardı.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin rəhbəri Vüqar Süleymanov “Səssiz müharibə: Ermənistanın Azərbaycana qarşı apardığı mina terroru hələ də qurbanlara səbəb olur” sərlövhəli məqaləsində ermənilərin, beynəlxalq qanun və razılaşmaların əksinə olaraq, Azərbaycanın azad olunmuş ərazilərində yerləşdirdikləri çoxsaylı minaların təmizlənməsi işlərindən bəhs edir. İndiyə qədər mina partlayışı nəticəsində yüzlərlə Azərbaycan vətəndaşının həyatını itirməsindən və ya ağır xəsarət almasından təəssüflə danışan V.Süleymanov Agentliyin əməkdaşlarının fədakar fəaliyyəti nəticəsində geniş ərazilərimizin minadan təmizləndiyini qeyd edib. diqqətə çatdırılıb ki, daha bir təəssüf doğuran fakt isə Qərb ölkələrinin bu terror haqqında danışmaq istəməməsi və minaların təmizlənməsində ölkəmizə yetərincə kömək göstərməməsidir.

Səadət Ələkbərovanın “Bakı Xan sarayı alman rəssamının gözü ilə” sərlövhəli məqaləsində XIX əsrin ortalarında Bakıya səyahət etmiş alman rəssam və etnoqraf Avqust Vilhelm Kizevetterin Bakı arxitekturasını və mənzərələrini, səhər həyatını əks etdirən rəsm əsərləri haqqında məlumat verilir. Müəllif bu rəsmlər arasında Bakı Xan sarayının daxili otaqlarını təsvir edən əsərə xüsusi diqqət ayırır.

Mələk Vəlizadənin “Qədim Şərq musiqisinin mistik kökləri: muğam və maqlar Azərbaycanda” yazısında isə qədim, ecazkar sehrbazlar sayılan maqların vaxtilə ölkəmizin ərazisində (Muğanda) yaşamalarından, onların məşğuliyyətlərindən danışılır. Eyni zamanda, maqların kosmosla, ruh aləmi ilə əlaqə yaratmağa yönəldilmiş rituallarının və mistik dünyagörüşünün milli muğam musiqimizin yaranmasında xüsusi rolunun olduğu vurğulanır.

Bundan başqa, Ramiyə İsmayılovanın məşhur Azərbaycan həkimi və alimi Musa Topçubaşovun cərrahiyyə sahəsində yaratdığı yeni üsullara və ixtira etdiyi cihaz və vasitələrə həsr olunmuş yazısı, Sevil Qazıyevanın “Azərbaycan musiqi teatrı 1918-1920-ci illərdə” məqaləsi, Naziyə Məmmədovanın “Qafqaz Albaniyasının Qarabağda və ətrafındakı dini abidələri” haqqında geniş reportajı, Sabina Tumanskayanın Şəkidən hazırladığı fotosessiya jurnalın alman dilindəki növbəti buraxılışını bəzəyir. Azertac

# 755 dəfə oxunub

Oxşar xəbərlər

Canlı yayımda halı pisləşən müğənni verilişi tərk etdi

Canlı yayımda halı pisləşən müğənni verilişi tərk etdi

17:22 29 noyabr 2024
Şair Cəlil Cavanşir Sivva ilə klipə çəkildi

Şair Cəlil Cavanşir Sivva ilə klipə çəkildi

16:28 29 noyabr 2024
Rusiyada Yeni ildə ən çox onları səhnədə görmək istəyirlər

Rusiyada Yeni ildə ən çox onları səhnədə görmək istəyirlər

16:20 29 noyabr 2024
6.2 milyon dollarlıq "Divara yapışdırılmış banan" mətbuat konfransında yeyildi

6.2 milyon dollarlıq "Divara yapışdırılmış banan" mətbuat konfransında yeyildi

15:30 29 noyabr 2024
"Bizi telefon pozmayıb, əvvəldən belə olmuşuq" - Ulucay Akif

"Bizi telefon pozmayıb, əvvəldən belə olmuşuq" - Ulucay Akif

15:00 29 noyabr 2024
Bi­zi sonsuz xəyallara qərq edən qüvvə - Sərgərdan və məzəli həyatın sonu

Bi­zi sonsuz xəyallara qərq edən qüvvə - Sərgərdan və məzəli həyatın sonu

13:30 29 noyabr 2024
#
#
# # #