İranlı müğənniyə 74 qamçı cəzası verildi - Səbəb

İranlı müğənniyə 74 qamçı cəzası verildi - Səbəb
19 iyun 2026
# 13:33

İranlı müğənni Pərəstu Əhmədi və onun prodüser komandasının səkkiz üzvü hicabsız çıxış etdiklərinə görə 74 qamçı cəzasına məhkum ediliblər.

Kulis.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Guardian" nəşri məlumat yayıb.

Qum əyalətinin cinayət məhkəməsinin sənədlərinə əsasən, sənətçilərə həmçinin iki il müddətinə ölkəni tərk etmək və yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq qadağan edilib. Onlar internetdə "vulqar və əxlaqsız məzmun" yayaraq ictimai əxlaqı təhqir etməkdə günahlandırılıblar.

Milyonlarla baxış toplayan ifa

Məlumata görə, sözügedən hadisə 2024-cü ilin dekabrında baş tutan konsertlə bağlıdır. 29 yaşlı Əhmədi özünün "YouTube" kanalında canlı yayım zamanı "Az Khoone Javanane Vatan" ("Vətən gənclərinin qanından") adlı vətənpərvərlik mahnısını hicabsız şəkildə ifa edib. Həmin çıxış qısa müddətdə internetdə məşhurlaşıb və milyonlarla baxış toplayıb.

Videonun yayılmasından qısa müddət sonra müğənni və bir neçə musiqiçi saxlanılıb, daha sonra isə onlara qarşı rəsmi cinayət işi açılıb.

"Rejimin təbliğatı ilə reallıq arasındakı uçurum..."

"The Guardian" qeyd edir ki, hüquq müdafiəçiləri bu hökmü cəmiyyətə görk olmaq məqsədi daşıyan nümayişkəranə bir tədbir hesab edirlər. İrandakı İnsan Haqları Mərkəzinin hüquq müdafiəsi üzrə direktoru Bahar Qandehari bildirib ki, Əhmədiyə verilən cəza ölkədə insan haqları ilə bağlı vəziyyətdə heç bir irəliləyişin olmadığını sübut edir:

"Rəsmi təbliğatla sənətçilərin təqib edilməsi arasındakı fərq rejimin təbliğatı ilə reallıq arasındakı dərin uçurumu açıq şəkildə nümayiş etdirir".

Məşhur aktrisa Setareh Mələki isə Əhmədinin cəsarətli çıxışının ona çox güclü təsir bağışladığını və həmin videoya dəfələrlə baxdığını etiraf edib:

"O, üzləşəcəyi bütün ağır nəticələri bilə-bilə yenə də bir qadın kimi yaşamaq, oxumaq və səsini eşitdirmək hüququndan imtina etmədi. İran qadınları tiranlıqla mübarizəni bir an belə dayandırmırlar və bu, həqiqətən də heyrətamizdir".

# 750 dəfə oxunub

Oxşar xəbərlər

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
"Hər bir şərin tədricən zəifləməsi taleyin ədalətli qanunudur..." - Alman filosofdan sitatlar

"Hər bir şərin tədricən zəifləməsi taleyin ədalətli qanunudur..." - Alman filosofdan sitatlar

13:50 25 avqust 2026
Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edildi

Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edildi

13:25 25 avqust 2026
Türk dünyasının rəssamları Kapadokiyada

Türk dünyasının rəssamları Kapadokiyada

13:10 25 avqust 2026
Tanınmış mədəniyyət xadimi vəfat etdi

Tanınmış mədəniyyət xadimi vəfat etdi

12:50 25 avqust 2026
Məşhur rejissor yeni layihə ilə ekranlara qayıdır

Məşhur rejissor yeni layihə ilə ekranlara qayıdır

12:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər