İnsanlar arasında səmimiyyət niyə azalıb? - Tanrıverdi Əliyev

İnsanlar arasında səmimiyyət niyə azalıb? - Tanrıverdi Əliyev
16 dekabr 2024
# 16:49

Kulis.az Tanrıverdi Əliyevin "Səmimiyyət" yazısını təqdim edir.

Bəzən XX əsri görmüş ata-analarımız deyirlər ki, "Sovetin vaxtında hər kəs səmimi, gülərüz və mehriban idi. İndi isə hər kəs sanki robotlaşıb, nə salam verən var, nə də salam alan. Qabaq dükana gedirdin, satıcı ilə səmimi söhbətlər edirdin, qonşular arasında mehribançılıq var idi, nə vardısa, Sovetdə qaldı.

Düzdür, XXI əsrə baxanda XX əsr insanları bir-birləri ilə daha səmimi və mehriban idilər. Lakin bunun "Sovet bərabərliyi" ilə əlaqəsi yoxdur. Belə ki, biz səmimiyyətin itməsi məsələsini qeyri-sovet dövlətlərdə, hətta qardaş Türkiyədə də müşahidə edirik.

Məşhur türk yazıçı Sait Faik Abasıyanıkın sevilən "Lüzumsuz adam" əsəri mehribanlığın, səmimiyyətin insanlar arasında itməsi problemini çox gözəl şəkildə izah edir. Əsərə görə antoqonist qəhrəmanımız bir gün İstanbulda gəzərkən hər şeyin dəyişdiyinin, binaların düzünə inşa edildiyinin, başqa-başqa yerlərdən tanımadığı insanların məhəllələrinə gəlməsinin şahidi olur. Qəhrəmanımız Taksim meydanından evinə gedərkən tanıdığı yerdə tanımadığı adamları gördükdə dəhşətə gəlir. Özü özünə belə deyir: "sanki məni öldürmək istəyirmişlərcəsinə baxırdılar".

Köhnə məhəlləsini gəzərkən keçmiş günlərini (baqqal, ayaqqabıçı dostlarını, mehriban qonşularını) yadına salır. Düşüncəsində canlanır ki, insanlıq sanki pulu əvəz etmiş, əsnaflar hər gələn müştəriyə eyni gözlə baxırdılar. Halbuki, əvvəl elə deyildi. İşkəmbəci (türklər qarın şorbasına belə deyir) abimiz var idi, əgər bir gün ac qalsaydım, mütləq məni bir qab şorbaya qonaq edərdi deyə köks ötürdü. Qəhrəmanımız insanların arasında hə və yox dialoqundan başqa bir söz keçmədiyindən şikayətlənirdi. Və yenə əvvəlki günlərini yada salaraq deyir ki, "biz uşaq olarkən qonşularımız bizimlə gülərüz və mehriban rəftar edərdi”. Bir digər dəhşətə gəldiyi məsələ isə küçələrin nömrələnməsi və ad verilməsi idi. Əvvəlki kimi filan dayının dükanının önündə, filankəsin qaldığı evin yanındakı kimi ünvan üslubları insanların təfəkküründən silinib getmişdi. Əsərin təhlilində əsnafların gördüyü işlərin böyük fabrik və müəssisələrə həvalə edilməsinin insan səmimiyyətinə vurduğu ziyanı da müşahidə edirik.

Ümumiyyətlə, əsərdən insanların səmimiyyətinin azalmasına dair bu tip nəticələri çıxarmaq olar:

1. Şəhərlərin metropollaşması, sürətli insan axını ilə böyük şəhərlərin dolması etibar və güvən problemini ortaya qoyur.

2. İnsanların çoxalması biznesmenlərin gözündə qazanclarının da çoxalması deməkdir.

3. İnsanların get-gedə praqmatikləşməsi altruizmə təsir göstərir. Yəni insanlar əsas özləri özlərinə yararlı olan şeylərlə məşğul olduqları üçün digər insanlara fədakarlıq nümayiş etdirmirlər.

4. Binaların əvvəllər 1 ya da 2 mərtəbəli deyil, düzünə göydələn kimi inşa edilməsi insanlar arasında (salam-sağoldan başqa) ünsiyyəti kəsir.

5. Əvvəllər bir məhəllədə ayaqqabıçı, şorbaçı, çayçı var idisə, indi bu işlərin hamısı böyük müəssisələrə, fabrik və zavodlara həvalə olduğu üçün ünsiyyət anlayışı da məhv olub.

6. Küçələrə adların və nömrələrin verilməsi və insanların yaddaşına elə həkk olması səmimiliyə təsir göstərən amillərdəndir.

Sadaladığımız səbəblər XX əsrin sonu XXI əsrin əvvəllərindən özünü göstərməyə başlamışdır. Lakin sırf XXI əsr generasiyası olan Z və Alfa nəsilləri arasında soyuqluq və qeyri-səmimiyyətin yaranmasına səbəb olan əsas amillər siyahısına texnologiyanı da əlavə edə bilərik. Texnologiya dedikdə ədəbiyyatda və fəlsəfədə ağlımıza gələn ilk cərəyan metamodernizmdir. Metamodernizm günümüzdəki hadisələrə paradoksal və ziddiyyətli aspektlərdən baxmağı bizə təlqin edir. Məsələn, "6 ay ərzində atamla hər gün telefonla zəngləşib, danışırdıq, 6 aydan sonra ziyarətə gəldim, 2 dəqiqə söhbət etdik və telefonu əlimə aldım, başqaları ilə mesajlaşmağa və müxtəlif işlər görməyə başladım, sonra atamla sağollaşıb evimə getdim".

Burdakı ziddiyyətli məsələ budur, texnologiya uzaqda olan insanları yaxınlaşdırmağı bacarsa da, yaxında olan insanları bir-birindən uzaqlaşdırır.

# 1305 dəfə oxunub

Oxşar xəbərlər

İstiqlal Muzeyində “Birlikdə güclüyük” adlı tədbir təşkil olundu

İstiqlal Muzeyində “Birlikdə güclüyük” adlı tədbir təşkil olundu

16:06 21 dekabr 2024
"Nuhun izi ilə" sənədli filminin təqdimatı oldu

"Nuhun izi ilə" sənədli filminin təqdimatı oldu

15:47 21 dekabr 2024
Oynaşından ötrü oğlunu atan qadın - Ən yaxşı 10 sevgi romanı

Oynaşından ötrü oğlunu atan qadın - Ən yaxşı 10 sevgi romanı

15:00 21 dekabr 2024
"Dinlər bədbəxtliyin məhsuludur..." - Aqşin Yenisey

"Dinlər bədbəxtliyin məhsuludur..." - Aqşin Yenisey

13:52 21 dekabr 2024
Ədəbiyyatımızın əsası lağlağıyla qoyulub - Milli dəyərlər necə məhv edilir?

Ədəbiyyatımızın əsası lağlağıyla qoyulub - Milli dəyərlər necə məhv edilir?

13:06 21 dekabr 2024
“Füzuli sevgisi” xalçasının təqdimatı oldu

“Füzuli sevgisi” xalçasının təqdimatı oldu

12:49 21 dekabr 2024
# # #