“İnsani duyğular tərənnümü-Nəriman Həsənzadə” virtual kitab sərgisi hazırlandı

“İnsani duyğular tərənnümü-Nəriman Həsənzadə”  virtual kitab sərgisi hazırlandı
18 fevral 2026
# 12:51

Respublika Gənclər Kitabxanasında Xalq şairi Nəriman Həsənzadənin 95 illik yubileyi münasibətilə silsilə materiallar – “İnsani duyğular tərənnümü-Nəriman Həsənzadə” adlı metodik vəsait və virtual kitab sərgisi hazırlanıb.

Kulis.az xəbər verir ki, metodik vəsaitdə Xalq şairi Nəriman Həsənzadənin "Şöhrət" , “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif edilməsi ilə bağlı qəbul edilən rəsmi sənədlərin, Heydər Əliyev Mükafatının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının və 17 fevral 2021-ci il tarixində şairə ünvanladığı müraciətin tam mətni təqdim edilib.

Kitabxananın rəsmi saytında https://www.ryl.az/funds/metodik-vesaitler yerləşdirilən vəsaitdə Nəriman Həsənzadənin həyat və yaradıcılığı haqqında məlumat, görkəmli şəxslərin onun haqqında fikirləri, şairin özünün görkəmli şəxsiyyətlər haqqında söylədiyi dəyərli sözlər, akademik Nizami Cəfərovun “Nəriman Həsənzadənin poetik məni” adlı məqaləsinin tam mətni yer alıb.

Metodiki vəsaitdə Xalq şairinin zəngin ədəbi irsini kitabxanalarda təbliğ etmək məqsədilə müxtəlif kütləvi tədbir formalarının həyata keçirilməsinə dair tövsiyələr, kitabxananın bu mövzuya dair tərtib etdiyi onlayn materialların keçidləri və ədəbiyyat siyahısı təqdim edilib.

Virtual kitab sərgisində Nəriman Həsənzadənin VII cilddə nəşr edilən “Seçilmiş əsərləri”, “İllər, pillələr, talelər”, “Poylu-beşiyim mənim”, rus dilində çap edilən “Nabat xalanın çörəyi”, “Mən sizinləyəm”, “Azərbaycan poeziyası” kimi kitabların, Nəriman Həsənzadənin yaradıcılığı haqqında qələmə alınan “Şerimizin Nərimanı”, “Nizami Gəncəviyə Nəriman Həsənzadə baxışı”, “Fərdilik və fərqlilik”, “Nəriman Həsənzadənin dramaturgiyası” kimi dövrü mətbuat nümunələrinin və Xalq şairinin müsahibələrinin tam mətni sərgilənib.

Virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/neriman-hesenzade-95 yerləşdirilib.

# 1060 dəfə oxunub

Oxşar xəbərlər

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

16:36 11 iyul 2026
Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

14:28 11 iyul 2026
Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

14:00 11 iyul 2026
Məşhur aktyor zorlama ittihamından bəraət aldı

Məşhur aktyor zorlama ittihamından bəraət aldı

12:43 11 iyul 2026
Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

12:00 11 iyul 2026
Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

11:00 11 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər