İlyas Əfəndiyev yad edildi

İlyas Əfəndiyev yad edildi
27 may 2024
# 11:30

Mayın 26-da Xalq yazıçısı, milli dramaturgiyamızın inkişafında misilsiz xidmətləri olan İlyas Əfəndiyevin anadan olmasının 110 ili tamam olur.

Kulis.az xəbər verir ki, bu münasibətlə ədibin məzarı ziyarət edilib, xatirəsi ehtiramla anılıb.

Mədəniyyət nazirinin müavini Murad Hüseynov, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov, Akademik Milli Dram Teatrının Bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, Xalq artisti Bəsti Cəfərova, Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə, Xalq artistləri Mərahim Fərzəlibəyov və Nurəddin Mehdixanlı, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov İlyas Əfəndiyevin şəxsiyyəti və yaradıcılığı barədə danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

Qeyd olunub ki, XX əsr Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri olan, zəngin yaradıcılığı ilə ədəbiyyatımıza misilsiz töhfələr bəxş etmiş ölməz sənətkarımız İlyas Əfəndiyevin əsərləri tariximizin və müasir dövrümüzün bədii salnaməsidir

Bu böyük şəxsiyyət milli nəsrin və teatr sənətinin inkişafında xüsusi xidmətlər göstərib, "İlyas Əfəndiyev teatrı" isə, bütöv bir aktyor və rejissor nəslinin yetişməsində misilsiz rol oynayıb.

İlyas Əfəndiyevin yaratdığı əsərlər bu gün də öz aktuallığını qoruyub saxlayır. Ədib bütün yaradıcılığı boyu azərbaycançılıq ideyasını, xalqımızın zəngin mənəviyyatını təbliğ edən əsərlər yazıb.

Böyük ədibin yaradıcılığı dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib. O, Xalq yazıçısı fəxri adına, Dövlət mükafatına, “Şöhrət” ordeninə layiq görülüb.

Azərbaycan dramaturgiyasında “lirik-psixoloji təmayül”ün yaradıcısı olan İlyas Əfəndiyevin zəngin yaradıcılığı yeni aktyor və rejissor nəslinin yetişməsində böyük rol oynayıb.

Ədibin ailəsi adından çıxış edən Günay Əfəndiyeva Mədəniyyət Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Akademik Milli Dram Teatrının rəhbərliyinə təşəkkürünü bildirib.

Qeyd edək ki, İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il mayın 26-da Füzuli şəhərində dünyaya göz açmışdır. XX əsr Azərbaycan ədəbiyyatının əvəzolunmaz simalarından biri kimi tarixə düşmüş İlyas Əfəndiyevin zəngin nəsrinə “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”, “Üçatılan” və digər roman və povestləri, dramaturgiyasına “İşıqlı yollar”, “Bahar suları”, “Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Mənim günahım”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Qəribə oğlan”, “Mahnı dağlarda qaldı”, “Bağlardan gələn səs” və başqaları daxildir. O, pyesləri ilə teatr sənətimizdə yeni bir mərhələ açmış, “İlyas Əfəndiyev teatrı”nı yaratmışdır.

Zəngin yaradıcılıq yolu keçmiş böyük sənətkar İlyas Əfəndiyev 1996-cı il oktyabrın 3-də Bakı şəhərində dünyasını dəyişib.

# 2209 dəfə oxunub

Oxşar xəbərlər

Universitetin mədəni ruhunun bir hissəsi olmaq şansı - Murad İsrafilov

Universitetin mədəni ruhunun bir hissəsi olmaq şansı - Murad İsrafilov

17:20 21 fevral 2026
Məsumiyyət muzeyi: Bir eşqin, bir şəhərin və əşyaların hafizəsi

Məsumiyyət muzeyi: Bir eşqin, bir şəhərin və əşyaların hafizəsi

13:40 21 fevral 2026
Bu gün Beynəlxalq Ana Dili Günüdür

Bu gün Beynəlxalq Ana Dili Günüdür

13:10 21 fevral 2026
Kütlə bayağı və şit şouları həzm etməyə proqramlaşıb - Cəmiyyət kimi özünə büt seçir?

Kütlə bayağı və şit şouları həzm etməyə proqramlaşıb - Cəmiyyət kimi özünə büt seçir?

12:30 21 fevral 2026
“Vəhşi təbiətin super qəhrəmanları”nın gizli mesajları - Cili və Mark Şatnerin sərgisindən reportaj

“Vəhşi təbiətin super qəhrəmanları”nın gizli mesajları - Cili və Mark Şatnerin sərgisindən reportaj

12:00 21 fevral 2026
"Sizcə, mən neçə dəfə eyni hekayəylə aldanmışam?" -  Çinarə Ömray

"Sizcə, mən neçə dəfə eyni hekayəylə aldanmışam?" - Çinarə Ömray

11:50 21 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər