İldə iki dəfə baş verən qeyri-adi hadisə tamaşaçıları valeh etdi

İldə iki dəfə baş verən qeyri-adi hadisə  tamaşaçıları valeh etdi
22 oktyabr 2024
# 16:21

Misirin Asvan şəhərindəki Əbu Simbel məbədində firon II Ramzesin heykəlinə günəş işığı ildə cəmi iki dəfə düşür. Minlərlə turistin izlədiyi bu unikal təbiət hadisəsi Ramsesin ad günü və tacqoyma günündə baş verir. Qədim Misir astronomiyası baxımından mühüm əhəmiyyət kəsb edən bu hadisə əkinçilik və məhsul yığım mövsümlərinin başlanğıcını göstərir.

Kulis.az xəbər verir ki, ildə cəmi iki dəfə baş verən təbii hadisəni 4 min turist izləyib.

Əbu Simbel və ətrafının Fironlar dövründə Misirdə astronomiya baxımından əhəmiyyətli bir bölgə olduğu məlumdur. Əbu Simbelin şimal-qərbində 11 min il əvvələ aid daş kompas və yağış vaxtını göstərən daş saat var.

Asvanda dağın içini oyaraq 20 ildə inşa edilən Əbu Simbel məbədinin qapısında Ramsesin 4 nəhəng heykəli var.

Sözügedən tarixi hadisə yalnız II Ramzesin “ad günü” hesab edilən 22 oktyabrda və onun “tacqoyma günü” olduğu bildirilən 22 fevralda baş verir və 20 dəqiqə davam edir.

Qədim Misirdə günəş şüalarının firon II Ramzesin heykəlinin üzünə dəydiyi oktyabrın 22-də kənd təsərrüfatı mövsümü, fevralın 22-də isə məhsul mövsümü başlayır.

Ülvi Bahadır

# 1553 dəfə oxunub

Oxşar xəbərlər

Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
Azərbaycanın “Avroviziya 2027”də  iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

16:22 1 oktyabr 2026
Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına  maliyyə dəstəyi

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi

16:14 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər