III Gəncə Kitab Sərgisi keçiriləcək

III Gəncə Kitab Sərgisi keçiriləcək
4 dekabr 2024
# 11:39

6 – 8 dekabr tarixlərində “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB), Mədəniyyət Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə İctimai İştirakçılıq Məclisinin birgə təşkilatçılığı ilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban mərkəzində III Gəncə Kitab Sərgisi keçiriləcək.

Kulis.az xəbər verir ki, “Nizami yurduna kitabla gəlirik!” şüarı altında baş tutacaq sərgidə 30-dan çox tanınmış nəşriyyat iştirak edəcək.

Yazıçılar Şəmil Sadiq, Varis, Elxan Elatlı, Rövşən Abdullaoğlu, Siyavuş Quliyev, Elgüsel, Nurlan Suvarov, Çinarə Köçərli, tarixçilər Mehdi Gəncəli, Əkbər N.Nəcəf, təlimçilər İlqar Hümbətov, Orxan Şahbaz və müğənni Röyal Musanın iştirakı ilə müxtəlif panellər, təqdimatlar, imza günləri, şeir gecələri, uşaqlar üçün nağıl saatları, master-klaslar və musiqili proqram təşkil olunacaq.

Ziyalılar, ədiblər, naşirlər, ictimaiyyət nümayəndələri və media mənsublarının qatılacağı sərgidə 90 %-dək endirimlər tətbiq ediləcək.

Qeyd edək ki, sərginin baş sponsorları “DNK hospital”, “Oksi Group”, sponsorları isə Bani seminariyası, “Hedef Group”, “166” yükdaşıma və logistika şirkətidir

# 1439 dəfə oxunub

Oxşar xəbərlər

Müğənni Rəqsanə ev dustaqlığına buraxıldı - Yenilənib

Müğənni Rəqsanə ev dustaqlığına buraxıldı - Yenilənib

18:45 19 noyabr 2025
Empiriokritisizmin qurucusu isveçrəli filosof - O, metafizikanı niyə qəbul etmirdi?

Empiriokritisizmin qurucusu isveçrəli filosof - O, metafizikanı niyə qəbul etmirdi?

17:45 19 noyabr 2025
ATV-nin keçmiş rəhbərinə 6 il həbs verildi

ATV-nin keçmiş rəhbərinə 6 il həbs verildi

16:37 19 noyabr 2025
Xalq artisti Roza Cəlilova dəfn olundu

Xalq artisti Roza Cəlilova dəfn olundu

16:35 19 noyabr 2025
Bakıda tanınmış özbək rəssamın sərgisi açıldı

Bakıda tanınmış özbək rəssamın sərgisi açıldı

15:46 19 noyabr 2025
Münhendə Azərbaycan musiqiçilərinin əsərləri təqdim olunub

Münhendə Azərbaycan musiqiçilərinin əsərləri təqdim olunub

15:03 19 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər