II Milli Qurama Festivalı keçirilib

II Milli Qurama Festivalı keçirilib
11 avqust 2023
# 12:20

II Milli Qurama Festivalı çərçivəsində Abşeron Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbir qurama yürüşü ilə başlayaraq, sərgi, ustad dərslər və dekorativ tətbiqi sənət nümunələrinin nümayişi və satış yarmarkası ilə davam edərək musiqili proqramla bitib.

Tədbirdə sənətkarlar qonaqlara öz əl işlərini nümayiş etdirib, onların suallarını cavablandırıb, qədim tikmə növü olan qurama məhsullarının hazırlanması üzrə ustad dərsləri keçiblər.

Qeyd edək ki, Milli Qurama Festivalı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Mədəniyyət Nazirliyinin və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilib.

AZƏRTAC

# 2246 dəfə oxunub

Oxşar xəbərlər

İngilis rəssamın məşhur əsəri hərraca çıxarılacaq

İngilis rəssamın məşhur əsəri hərraca çıxarılacaq

12:20 30 sentyabr 2026
Eyfel qülləsi ilə hindu hərəkatının qalmaqalı – Səbəb

Eyfel qülləsi ilə hindu hərəkatının qalmaqalı – Səbəb

11:00 30 sentyabr 2026
Tom Kruzdan yeni layihə - “Oskar”a namizəd ola bilər

Tom Kruzdan yeni layihə - “Oskar”a namizəd ola bilər

10:45 30 sentyabr 2026
Türkiyə və Fransa əməkdaşlığı - Fotoqrafiyanın 200 illiyi ilə bağlı

Türkiyə və Fransa əməkdaşlığı - Fotoqrafiyanın 200 illiyi ilə bağlı

10:25 30 sentyabr 2026
Hollivud uduzu 75 yaşında vəfat etdi

Hollivud uduzu 75 yaşında vəfat etdi

10:11 30 sentyabr 2026
Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

Məşhur küçə rəssamının əsəri hərraca çıxarılır

18:30 29 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər