I Bakı Kitab Sərgisinin açılışı oldu

I Bakı Kitab Sərgisinin açılışı oldu
19 dekabr 2024
# 13:04

Bu gün Bakı Əl Oyunları sarayında I Bakı Kitab Sərgisinin açılışı olub.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyinin və Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin (ANAİB) təşkilatçılığı ilə keçirilən sərginin açılışında ictimai-siyasi xadimlər, ədəbiyyat adamları, naşirlər iştirak ediblər.

ANAİB-in idarə heyətinin sədri, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq qeyd edib ki, sərgiyə 30-dan çox nəşriyyat öz xüsusi stendi ilə qatılıb ki, bu da 10 minlərlə kitabın, 100-dən çox Azərbaycan yazıçısının iştirakı deməkdir.

Xalq şairi Sabir Rüstəmxanlı kitab və mütaliənin təbliği naminə görülən bütün işləri təqdirəlayiq hesab edib, o cümlədən, I Bakı Kitab Sərgisinin təşkilini də bu istiqamətdə atılan uğurlu addım kimi qiymətləndirib. Xalq şairi qeyd edib ki, ədəbiyyatın inkişafı üçün bu tip tədbirlərin davamlı olması əsas şərtdir.

Üsküdar Universitetinin rektoru Nazifə Güngör Bakıdakı kitab bayramı ab-havasından məmnunluğunu ifadə edib.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, BDU Ümumi dilçilik kafedrasının müdiri akademik Nizami Cəfərov I Bakı Kitab Sərgisində məktəblilərin üstünlük təşkil etməsini sevindirici hal kimi qələmə verib.

Türk mədəniyyətində yazılı abidlərin xüsusi yerini qeyd edən millət vəkili Fazil Mustafa kitaba olan marağın artırılması kontekstində intibah yollarını axtarıb hansısa yeni mexanizmin hazırlanmasının zəruriliyini qeyd edib.

Son zamanlar nəşriyyatların sayının artmasını uğurlu tendensiya adlandıran Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşar Məcid nəşriyyatların birliyinin vacib olduğunu vurğulayıb.

Əməkdar artist, tanınmış diktor Rafiq Həşimov kitabın insan həyatı üçün necə vacib olduğunu vurğulayıb və kitab sərgilərinin cəmiyyətin inkişafındakı əhəmiyyətindən söhbət açıb.

Qeyd edək ki, 19–22 dekabr tarixlərini əhatə edəcək tədbir “Yeni ilə yeni kitablarla” şüarı ilə keçiriləcək. Sərgidə Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin üzvü olan nəşriyyatlarla yanaşı, digər nəşriyyatlar da iştirak edib öz kitablarını təqdim edə biləcəklər. Yeni il əhval-ruhiyyəsində keçiriləcək I Bakı Kitab Sərgisində minlərlə kitab 90 %-dək endirimlə təklif olunacaq, onlarla yazıçı və şairin imza mərasimləri, məşhurlarla görüşlər, şeir saatları, uşaqlar üçün nağıl saatları təşkil ediləcək. Həmçinin sərgi salonunda uşaqlar üçün qiraət saatları və səhnəciklər nəzərdə tutulub.

# 2280 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər