Hindistan filmində çəkildi, öz ölüm xəbərini televiziyadan eşitdi - Yolda vəfat edən məşhur aktyor

Hindistan filmində çəkildi, öz ölüm xəbərini televiziyadan eşitdi - Yolda vəfat edən məşhur aktyor
16 sentyabr 2023
# 21:00

Bu gün mərhum aktyor Bahadur Əliyevin anım günüdür.
Kulis.az aktyorun həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Bahadur Əliyev 24 fevral 1933-cü ildə Masallı rayonunun Sığıncaq kəndində anadan olub. 1957-ci ildə İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakültəsini bitirib.

“Ulduz” filmində yaratdığı kolxoz sədri Qədir obrazı ilə məşhurlaşıb. Hətta tamaşaçılar Qədir obrazının replikalarını əzbər bilirlər.

***

Mehriban, səmimi, əliaçıq, həyat eşqli Bahadur Əliyev bir müddət dublyaj sexinin direktor müavini işləyib. Sovet və hind filmlərinin səsləndirilməsində əvəzsiz əməyi olub. Bahadur müəllimi “dublyajın vuran ürəyi” adlandırırdılar.

Şəkil:Bahadur Əliyev.jpg — Vikipediya

Ədəbiyyatı çox sevirdi. Poeziyaya xüsusi sevgisi vardı. Hətta şeirlər də yazmışdı.

***

SSRİ və Hindistanın birgə çəkdiyi məşhur “Əlibaba və 40 quldur” filmində rol almışdı.

***

Sonuncu çəkildiyi film “Bəyin oğurlanması”dır. Filmin sonuna yaxın kolxoz sədri Hidayət müəllimlə (Səməndər Rzayev) birgə rəqs edir. Lakin rəsmi geyimdə - kostyum və qalstukda olan Bahadur Əliyevin filmdə kimliyi bilinmir.

“Bəyin oğurlanmsı” 1985-ci ildə çəkilib. Bahadur müəllim bu filmdən 17 il sonra – 2002-ci ildə dünyasını dəyişib. Və bu 17 ildə heç bir filmə dəvət edilməyib. Bu fakt onun səhhətinə ciddi təsir edirdi.

***

Ailəsi də böyük idi. Onun 10 uşağı vardı.

***

Hara getsə, hara dəvət alsa, dostlarıyla birgə gedirmiş. Tənhalıqdan yaman qorxurmuş.

***

Bir dəfə səhvən televiziyada onun öldüyü haqqında xəbər oxunur. Bahadur Əliyev özü bu xəbəri eşidir və çox sarsılır.

***

Aktyorun ölümü də kədərli olub. 2002-ci ilin bu günü Sumqayıtda, elə yoldaca infarkt keçirib...

# 31364 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər