Həyat yoldaşını vəbanın yayıldığı kəndə aparan həkim

Həyat yoldaşını vəbanın yayıldığı kəndə aparan həkim
18 avqust 2023
# 15:53

Bu gün "American History X", "Primal Fear", "Fight club" kimi filmlərlə tanınan, 3 dəfə Oskara namizəd olan Eduard Nortonun doğum günüdür.

Kulis.az bu münasibətlə aktyorun az tanınan 5 filmini təqdim edir.

Rounders (1998)

Rounders (1998) - IMDb

Con Dalın bu filmində Norton Mett Deymonun oynadığı qumar aludəçisi Mayk Makdermotun həbsxanadan çıxan dostu Lester Mörfini canlandırır. Film qumarbazlıq mövzusunda çəkilən ən yaxşı filmlərdəndir.

25th Hour

25th Hour (2002) - IMDb

Devid Beniofun eyniadlı romanı əsasında çəkilən filmin rejissoru Spayk Lidir. Filmdə Montqomeri Broqan (Eduard Norton) narkotik alveri ilə məşğuldur. Hər şeyi var. Ancaq bir gün polis onun evinə basqın eləyir və Montqomeri 7 il azadlıqdan məhrum edilir. Həbsə girməzdən əvvəl 24 saatını yaxınları ilə keçirmək istəyir, ancaq beynindəki suallar ona rahatlıq vermir.


Down in the Valley

Down in the Valley (2005) - IMDb

Tobe atası və kiçik qardaşı ilə San Fernando vadisində yaşayan 16 yaşlı qızdır. O, yanacaqdoldurma məntəqəsində işləyən üsyankar, kovboy şapkalı Harlanı sahilə dəvət edir və aralarında sevgi yaranır.

Lakin Tobenin atası bu münasibətə qarşı çıxır və qızına Harlanı görməyi qadağan edir. Harlan Tobedən əl çəkə bilmədiyinə görə bu qadağaya məhəl qoymur. Sevgilisi ilə atası arasında qalan Tobe çıxılmaz vəziyyətə düşür.

Psixoloji konfliktli obrazları canlandırmağı sevən Edvard Norton qeyri-sabit obrazı uğurla canlandırıb.


The Painted Veil

The Painted Veil - Rotten Tomatoes

Bu məhəbbət hekayəsində Kitti gənc, ağıllı, utancaq və bir qədər də laqeyd həkim Uolter Feyn ilə evlidir. Həkimin ixtisas sahəsi yoluxucu xəstəliklərdir. Onun laqeydliyi həyat yoldaşının bədbəxtliyinə səbəb olur. Uolter Kittinin onu aldatdığını biləndə intiqam planları qurur. Üstəlik, o qədər amansızlaşır ki, başqa cür qisas almağı planlaşdırır. O, Çində hər kəsi öldürən vəba epidemiyasının olduğu bir kənddə həkimlik etməyə razılaşır. Həyat yoldaşı da onunla getməlidir. Bu kənddə yaşamaq onlar üçün də böyük dəyişiklik olacaq.


Motherless Brooklyn

Motherless Brooklyn (2019) - IMDb

Bu film Nortonun rejissoru olduğu azsaylı filmlərdəndir. Norton, həmçinin, filmdə baş rolu – detektiv Lionel Essroqu canlandırır. Essroq Turet sindromundan əziyyət çəkir. Detektiv xəstəliyi ilə əlləşərkən dostu Frenk Minnanın öldürüldüyünü öyrənir.

# 2388 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər