“Həyat, deyəsən, gözəldir” filmi nümayiş olunacaq

“Həyat, deyəsən, gözəldir” filmi nümayiş olunacaq
15 sentyabr 2023
# 10:08

Sentyabrın 20-də "Ganjlik Mall” ticarət mərkəzində yerləşən "CinemaPlus” kinoteatrında tanınmış rejissor, Azərbaycanın Xalq artisti Vaqif Mustafayev və "Həyat, deyəsən, gözəldir” filminin aktyorlarının iştirakı ilə qala gecəsi keçiriləcək.

Kulis.az xəbər verir ki, sentyabrın 21-dən “CinemaPlus” kinoteatrlar şəbəkəsində tamaşaçılar Vaqif Mustafayevin “Həyat, deyəsən, gözəldir” tragikomediyasına Azərbaycan dilində baxa biləcəklər.

Ekran əsəri Azərbaycanın Mədəniyyət Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilib.

Film beynəlxalq miqyasda ilk dəfə 2022-ci il noyabrın 4-də “Korkut Ata” türk dünyası kinofestivalında nümayiş olunub, burada Vaqif Mustafayev “Türk dünyasının ən yaxşı rejissoru” nominasiyasında mükafata layiq görülüb.

“Həyat, deyəsən, gözəldir” filmi Azərbaycan torpaqlarının 30 illik erməni işğalı dövrü və Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbəsindən bəhs edir. Süjetin mərkəzində Azərbaycan Ordusunun əks-hücumundan sonra vəlvələyə düşən erməni əsgərlərinin arasında olan və əsir düşən iki erməni qardaşdır. Onların sonrakı taleyi tragikomediya janrında təqdim olunub və bu ekran əsərinin leytmotivini təşkil edir.

Filmin ssenari müəllifi Vaqif Mustafayevdir. Baş rollarda Hikmət Rəhimov, Nino Qomarteli, Dmitri Samxaradze, Qiorqi Çeliya, Aftandil Maxaradze, Sevinc Əliyeva, Anaida Rostovskaya və digərləri çəkilib.

Filmin çəkilişləri Xocavənd rayonunun Hadrut qəsəbəsində, Xızı rayonunda, Bakı və Abşeron yarımadasında aparılıb.

Biletləri www.cinemaplus.az saytında, “Ganjlik Mall” kinoteatrının kassalarında və “CinemaPlus” mobil tətbiq vasitəsilə əldə etmək olar.

# 3790 dəfə oxunub

Oxşar xəbərlər

"Ölüm bizim imkanlarımızın həddidir..." - Martin Haydeggerdən aforizmlər

"Ölüm bizim imkanlarımızın həddidir..." - Martin Haydeggerdən aforizmlər

15:00 26 may 2026
Yeseninin "vəhşi ilahəsi" - O, niyə ABŞ vətəndaşlığından imtina etmişdi?

Yeseninin "vəhşi ilahəsi" - O, niyə ABŞ vətəndaşlığından imtina etmişdi?

14:30 26 may 2026
“Xalq şairi Söhrab Tahir – 100”  adlı sərgi açıldı

“Xalq şairi Söhrab Tahir – 100” adlı sərgi açıldı

14:15 26 may 2026
Eldost Bayram:  "Özəl televiziyalarda başqa şey tələb edəcəkdilər..." - Müsahibə

Eldost Bayram: "Özəl televiziyalarda başqa şey tələb edəcəkdilər..." - Müsahibə

14:00 26 may 2026
İlk Türkoloji Qurultaydan sonra "qara siyahı"ya düşən alim - Onu niyə  həbs etmişdilər?

İlk Türkoloji Qurultaydan sonra "qara siyahı"ya düşən alim - Onu niyə həbs etmişdilər?

13:30 26 may 2026
"Bu, birbaşa dövlətə xəyanətdir" - Zvyaqintsevə qarşı sərt ittiham

"Bu, birbaşa dövlətə xəyanətdir" - Zvyaqintsevə qarşı sərt ittiham

12:30 26 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər