"Hər yanı gülşən Azərbaycan” xor müsabiqəsinin final mərhələsi keçirildi

"Hər yanı gülşən Azərbaycan”  xor müsabiqəsinin final mərhələsi keçirildi
7 may 2024
# 20:23

“Yaşıl dünya naminə həmrəylik İli”nə həsr olunmuş “Hər yanı gülşən Azərbaycan” adlı III Regional Xor Müsabiqəsinin final mərhələsi 7 may tarixində Mingəçevir şəhəri Heydər Əliyev Mərkəzində baş tutub.

Kulis.az xəbər verir ki, tədbirdə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov, Mil-Muğan Regional İdarənin rəisi Faiq Xudanlı, Mingəçevir Şəhər İcra Hakimiyyət başıçısının müavini, regional idarələrin əməkdaşları, mədəniyyət işçiləri iştirak ediblər.

Tədbirdən əvvəl Regional İdarələrin rəisləri, rəis müavinləri, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini və münsiflər heyəti Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Ümummilli liderin əziz xatirəsini ehtiramla yad ediblər.

Final mərhələsində Mil-Muğan və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi üzrə fəaliyyət göstərən 6 uşaq musiqi və incəsənət məktəbinin xor kollektivləri iştirak edib.

İştirak edən xor kollektivləri münsiflər heyəti qarşısında müxtəlif musiqi nömrələri ilə çıxış ediblər.

Müasir Azərbaycan xorunun bilicilərindən olan Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və dirijoru, Xalq artisti Gülbacı İmanovanın, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, Əməkdar incəsənət xadimi Dilarə Əliyevanın və Bakı Musiqi Akademiyasının dosenti, Əməkdar müəllim Aqil Qafulovun yer aldığı münsiflər heyəti hər bir kollektivin çıxışına böyük həssaslıq və tələbkarlıqla yanaşıblar.

Xatırladaq ki, müsabiqədə iştirak edən 16 uşaq musiqi və incəsənət məktəbindən 6-sı final mərhələsində iştirak etmək hüququ qazanmışdı.

Final mərhələsində qalib olmuş xor kollektivləri münsiflər heyəti tərəfindən elan edilib.

Belə ki, Kürdəmir şəhər Uşaq İncəsənət Məktəbi Qran-priyə, Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 1 nömrəli Onbirillik Musiqi Məktəbi I yerə, Ağdaş şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbi II yerə, Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi Məktəbi III yerə, Beyləqan rayon Niyazi adına Uşaq Musiqi Məktəbi və Mingəçevir şəhər Bülbül adına 2 nömrəli Uşaq Musiqi Məktəbi isə diploma layiq görülüblər.

Bununla da Mərkəzi Aran və Mil-Muğan Regional Mədəniyyət İdarələrinin birgə təşkilatçılığı ilə təşkil edilən Xor müsabiqəsinin final mərhələsi yekunlaşıb.

Qeyd edək ki, qaliblərin mükafatlandırılma mərasimi 16 may 2024-cü il tarixində Saatlı rayon Mədəniyyət Mərkəzində təşkil olunacaq Qala konsertində həyata keçiriləcəkdir.

# 932 dəfə oxunub

Oxşar xəbərlər

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq

20:49 16 avqust 2025
Müğənni Rəqsanə həbs edildi - Səbəb

Müğənni Rəqsanə həbs edildi - Səbəb

18:55 16 avqust 2025
Vidadi Babanlı vəfat etdi

Vidadi Babanlı vəfat etdi

17:00 16 avqust 2025
"Elçinin o sirli baxışları bu gün də gözümün qarşısındadır..."  - O,  Anarla birlikdə Lənkərana niyə gəlmişdi?

"Elçinin o sirli baxışları bu gün də gözümün qarşısındadır..." - O, Anarla birlikdə Lənkərana niyə gəlmişdi?

14:48 16 avqust 2025
Obrazlarının fikirləri "həbs qoxuyan"  yazıçı - 20 Yanvar faciəsində Yusif Səmədoğlu hansı addımı atmışdı?

Obrazlarının fikirləri "həbs qoxuyan" yazıçı - 20 Yanvar faciəsində Yusif Səmədoğlu hansı addımı atmışdı?

13:50 16 avqust 2025
1 milyard satılan albomu ilə dövrünün ən çox dinlənilən "Rok-n-roll Kralı"

1 milyard satılan albomu ilə dövrünün ən çox dinlənilən "Rok-n-roll Kralı"

13:40 16 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər