Həmidə Ömərovanın kitabları nəşr olundu

Həmidə Ömərovanın kitabları nəşr olundu
1 oktyabr 2025
# 10:35

Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi, aktrisa Həmidə Ömərovanın “ABŞ kino tarixi” iki cildliyi və “Alman kino tarixi” adlı kitabları nəşr olunub.

Kulis.az xəbər verir ki, hər iki kitab dərs vəsaiti kimi nəzərdə tutulub. “ABŞ kino tarixi”nin 1895-1929-cu illəri əhatə edən I cildində ABŞ kinematoqrafiyasının yaranması, Edvin Porter, Devid Vork Qriffit, Mak Sennet, Çarlz Çaplin və s. kimi Amerika kino tarixində xüsusi yeri olan rejissorlardan, həmçinin, sözügedən ölkənin kinematoqrafiyasındakı vacib mərhələlərdən bəhs edilib.

Kitabın 1929-1945-ci illəri əhatə edən II cildində isə Amerika kinosunun səsli mərhələsində iz qoymuş vacib hadisələr, müəlliflər, janrlar, tendensiyalar gözdən keçirilir.

Qeyd edək ki, müəllifin “Alman kino tarixi” kitabı Almaniyada kinematoqrafiyanın yarandığı 1895-ci ildən Birinci Dünya müharibəsinə qədərki dövrdə alman kinosunda baş verən əhəmiyyətli tendensiyalardan danışır.

# 1737 dəfə oxunub

Oxşar xəbərlər

Beynəlxalq səyyahlar Ağdamda olublar

Beynəlxalq səyyahlar Ağdamda olublar

18:20 8 oktyabr 2026
"Dünyanın ən yaxşı 100 süd məhsulu"  siyahısı açıqlandı

"Dünyanın ən yaxşı 100 süd məhsulu" siyahısı açıqlandı

18:00 8 oktyabr 2026
Xaqani Şirvaninin 900 illiyi ilə bağlı kitab sərgisi açıldı

Xaqani Şirvaninin 900 illiyi ilə bağlı kitab sərgisi açıldı

17:30 8 oktyabr 2026
"Qızıl Portağal"ın münsifləri bəlli oldu

"Qızıl Portağal"ın münsifləri bəlli oldu

17:00 8 oktyabr 2026
Bəstəkar Aydın Əzimovun yaradıcılığına  həsr olunan dəyirmi masa

Bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunan dəyirmi masa

16:30 8 oktyabr 2026
AYB:  "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

AYB: "Üzvlük haqqını ödəməyən şəxslər birlikdən xaric ediləcək"

15:40 8 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər