Haqqın gözü kor olmaz - Agah Xaçmazlı

Haqqın gözü kor olmaz - Agah Xaçmazlı
19 avqust 2024
# 16:45

Kulis.az Agah Xaçmazlının yeni yazısını təqdim edir.

Əvvəlcə "şeir nədir?" sualına cavab olaraq bildirim ki, "şeir incə tük" deməkdir. Şeir şairin adi insanlardan fərqli olaraq dünyaya baxışı və fikirlərinə müəyyən bir çərçivədə məna və təsvir verərək oxucuya sətiraltı və ya açıq şəkildə çatdırmasıdır.

Almanax isə öncədən məsləhət olunmuş şairlərin şeirləri salınır. Demək bu kitaba salınmış şairlərin arasında fərq qoymayaraq hamıya eyni yer verilməli və hər şairə şair olaraq eyni gözlə baxılmalıdır. Düzdür, hər şairin baxış tərzi, şeir üslubu eyni olmaz. Amma şair ruhu incə olduğu üçün onun qəlbinə toxunmaq da düz deyildir.

Söhbət "Poeziyamızın Xaçmaz baharı" adlı almanaxdan gedir.

Əvvəlcə bu kitabın araya-ərsəyə gəlməsində zəhməti olan hər kəsə öz təşəkkürümü bildirirəm. Kim nə zəhmət çəkmişdirsə, ədəbiyyatımız üçün öz vaxtını sərf etmişdir. Allah əziyyətlərinin əvəzini versin.

Xaçmaz şairlər məkanı kimi tanınmasa belə yetərincə güclü şairləri var. Bu danılmazdır. M.Qədir də güclü şairlərdəndir ki, bu gün Azərbaycan ədəbiyyatında öz yerini tutmuşdur. Amma bu kitabda M.Qədirə 26 səhifəlik yer ayırmaq və Vaqif Yusiflinin kitaba yazdığı ön sözdə tanışlığı baxımından geniş yazı yazması qalan şairlərə hörmətsizlikdir. Mən bu kitabı əlimə alıb oxuduqda düşündüm ki, M.Qədirin şəxsi kitabını oxuyuram.

Bu kitabda əruz vəznli şeirlər də yer alıb. V.Yusifli bu mövzunu xüsusi vurğulayaraq yazır ki ; "...S.Ənvəroğlu, M.Şahidin qəzəlləri klassik poeziyanın bu ölməz janrına meylin təcəssümüdür."

Ən əsası, onu vurğulamaq istəyirəm ki, əgər bir kitaba heca vəznli şeirlərlə bərabər əruz vəznli şeirlər də salınmışdırsa o, kitaba ön söz yazan hər bir insan ədəbiyyatımıza hörmət əlaməti olaraq doğrunu yazmalıdır. Necə ki, S.Ənvəroğlunun "Ey gül" adlı qəzəli rəməl bəhrində M.Şahidin üç qəzəli həzəc bəhrində yazılmasına baxmayaraq, bəhrin pozuntularına yol verib. V.Yusifli isə bunları ya görməyib, ya da əruz vəzninin qaydalarını bilmir.

"Poeziyamızın Xaçmaz baharı" almanaxının 66-cı səhifəsində mənə də yer ayırıblar. Bu dəyərə görə bir daha öz təşəkkürümü bildirirəm. Var olsunlar!

Amma narazı olaraq bildirmək istədiyim əsas məsələ budur ki, verdiyim şeirlərdən 4-nü çap ediblər. Mənə ayrılmış səhifələrdə bir şeirlik boş yer qalmasına baxmayaraq "Gəlmədi" şerimin üç beytin verir və şeiri redaktə edərək icazəsiz müəyyən sözlərini dəyişirlər. "İstəyir" şerimdə də sözlərin dəyişilməsinə rast gəlinir.

Kitabın redaktoru xanım F.Məmmədli şeirlərin müəllifləri olan şairlər qədər bu şeirlərə cavabdehlik daşıyır. Səbəb budur ki, əruzun qol-qabırğası sınmış şəkildə paylaşılan şeirlər ədəbiyyata nöqsan olaraq buraxılır və şairlərin şeirlərində icazəsiz edilmiş dəyişikliklər hörmətsizlik əlaməti olaraq incə şair qəlbində narazılıq yaranmasına səbəb olur.

Bu gün Azərbaycanda sayı bəlli olmayan sayda almanaxlar nəşr olunmaqdadır. Bu almanax kimi çox almanaxlarda da redaktə səhvləri qabarıq şəkildə gözə çarpır.

Şair olaraq haqqımızı tələb eləmək bizim hüququmuzdur.

# 650 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
# # #