Günay Əfəndiyeva: “Reza Deqatinin fotoşəkillərinə baxarkən insanlar həm təsirlənir, həm də heyranlıq duyurlar”.

Günay Əfəndiyeva:  “Reza Deqatinin fotoşəkillərinə baxarkən insanlar həm təsirlənir, həm də heyranlıq duyurlar”.
27 iyul 2022
# 17:20

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva dünyaşöhrətli fotoqraf Reza Deqatinin 70 illik yubileyinə həsr olunmuş “Keçmiş və gələcək bəşəriyyətin şahidi” adlı tədbirdə iştirak edib.

Kulis.az xəbər verir ki, tədbir Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov, rəsmilər, səfirlər, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbirdə çıxış edən Günay Əfəndiyeva Reza Deqati ilə bağlı xatirələrini bölüşüb. Fondun prezidenti indiki Azərbaycan Diaspor Komitəsinin təməlini qoymuş və əsas məqsədinin Azərbaycandan kənarda yaşayan soydaşlar arasında əlaqə yaratmaq, onları Azərbaycanda tanıtdırmaq olan ötən əsrin 80-ci illərində yaradılmış “Vətən” Cəmiyyətinin xətti ilə bir çox azərbaycanlıların ölkəyə dəvət olunduğunu vurğulayıb. Günay Əfəndiyeva Reza Deqatinin bu insanlar sırasında xüsusi yer aldığını diqqətə çatdırıb: “Beləcə onun Azərbaycanla bağlılığı, əməkdaşlığı yaranmışdır. O, həmin illərdə gənc olmasına baxmayaraq, öz sahəsində artıq sözünü deyən peşəkar bir fotojurnalist idi. Dünyanın ən qaynar nöqtələrindən fotolar çəkərək həqiqətləri dünya ictimaiyyətinə çatdırırdı. Daha sonra Qanlı Yanvarda və bütün məlum Qarabağ hadisələrində Azərbaycan gerçəklərini dünyaya cəsurluqla nümayiş etdirdi, Vətən borcunu vicdanla yerinə yetirdi. Onun fotoşəkillərinə baxarkən insanlar həm təsirlənir, həm də heyranlıq duyurlar”.

Günay Əfəndiyeva Azərbaycan Respublikasının Prezidenti, Ali baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan əsgərləri tərəfindən Türk dünyasının salnaməsinə yeni tarix yazıldığını və torpaqların geri qaytarılmasıyla qürurlu günlər yaşadıldığını vurğulayıb. Günay Əfəndiyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın başçılığı ilə Heydər Əliyev Fondu tərəfindən müxtəlif ölkələrdə keçirilmiş bir çox tədbirlərdə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" kampaniyasının layihələrində Reza Deqatinin yaxından iştirak etdiyini bildirib: “Reza Deqati Azərbaycan həqiqətləri ilə yanaşı eyni zamanda Azərbaycan tarixini, mədəniyyətini, adət-ənənələrini beynəlxalq müstəvidə nümayiş etdirirdi.”

Günay Əfəndiyeva Azərbaycanın işğaldan azad olunmuş bölgələrinə səfərlər çərçivəsində xarici dövlətlərin Azərbaycandakı təmsilçiləri ilə bərabər Reza Deqatinin daimi iştirakını xüsusi vurğulayaraq, onu əsl dünya insanı kimi qiymətləndirib.

Sonra Günay Əfəndiyeva Xalq rəssamı Arif Hüseynovun “Xarıbülbül” adlı rəsm əsərini, eləcə də Beynəlxalq Türk Mədəniyyəti və irsi Fondu adından rəsmi təbrik məktubunu dünyaşöhrətli fotoqrafa hədiyyə edib.

# 1733 dəfə oxunub

Oxşar xəbərlər

“Bu şəhərdə”dən "dava" ilə bağlı açıqlama

“Bu şəhərdə”dən "dava" ilə bağlı açıqlama

10:49 24 fevral 2025
3000 illik xəzinədən  dəmir meteroit tapılıb

3000 illik xəzinədən dəmir meteroit tapılıb

09:56 24 fevral 2025
Professor Nizaməddin Şəmsizadə dünyasını dəyişdi

Professor Nizaməddin Şəmsizadə dünyasını dəyişdi

09:50 24 fevral 2025
Bakıda “Vyana Xeyriyyə Balı” keçiriləcək

Bakıda “Vyana Xeyriyyə Balı” keçiriləcək

09:47 24 fevral 2025
O daha mahnı oxumayacaq

O daha mahnı oxumayacaq

09:40 24 fevral 2025
Əməkdar incəsənət xadimi vəfat etdi

Əməkdar incəsənət xadimi vəfat etdi

09:14 24 fevral 2025
#
#
# # #