Günay Əfəndiyeva Özbəkistanın Mədəniyyət və Turizm naziri ilə görüşdü

Günay Əfəndiyeva Özbəkistanın Mədəniyyət və Turizm naziri ilə görüşdü
14 aprel 2023
# 16:50

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva təşkilat tərəfindən Daşkənddə keçirilən “Şuşa günləri” çərçivəsində Özbəkistan Respublikasının mədəniyyət və turizm naziri Ozodbek Nazarbekov ilə görüşüb.

Kulis.az xəbər verir ki, görüşdə türk dövlətləri arasında qarşılıqlı münasibətlərin hazırda yüksələn xətlə inkişafından söz açılıb. Türk xalqlarının sahib olduqları ortaq mədəniyyət onların bir-birinə yaxınlaşdırılmasında mühüm amil kimi dəyərləndirilib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Türk dünyasına məxsus milli-mənəvi dəyərlərin qorunması və beynəlxalq aləmə çatdırılması üzrə aparılan işlərin önəmi qeyd olunub.

Fondun bu səpkidəki fəaliyyətinin türk dövlətlərinin mədəni və dostluq əlaqələrinin gücləndirilməsində əhəmiyyətli rol oynadığı bildirilib. Fond tərəfindən Özbəkistanın mədəniyyətinin tanıdılması ilə bağlı nəşrlərin, o cümlədən özbək xalqının böyük şairi və mütəfəkkiri Əlişir Nəvainin ədəbi irsinin təbliği yönündə kitabın yayınlanması yüksək qiymətləndirilib.

Təşkilatın “Böyük İpək yolu üzərində türk dövlətləri”, “Türk Dünyası Mirası Osmanlı arxivlərində” və digər layihələrində Özbəkistanın iştirakının vacibliyi vurğulanıb. Daşkənddə həyata keçirilən “Şuşa günləri”nin Azərbaycan ilə Özbəkistanın mədəni sahədə əməkdaşlığına töhfə verdiyi qeyd olunub.

Görüş Fond ilə Özbəkistan arasında qarşılıqlı tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi ətrafında fikir mübadilələri ilə davam edib.

Görüşdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və Fondun layihə meneceri Talgat Muxanov iştirak edib.

# 2058 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər